Uşaqların sağlam boy atması üçün təkliflər

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 8 077
Səs ver:
(səs: 2)
Boy uzanmasına genetik faktorlar qədər ekoloji faktorlar da təsir edir. Bu ekoloji faktorların başında isə bəslənmə iştirak edir. Ekspert Diyetoloq Yeşim İşgüzar, sağlam boy uzanması üçün uşaqların inkişaf dövründə nələr istehlak etmələri lazım olduğunu sıraladı və bu mövzuda valideynlərə müxtəlif təkliflər etdi.

•Kalsium və fosforun sümük inkişafına müsbət təsir etməsi üçün gündə 2 su stəkanı qədər süd və ya süd məhsulu istifadə etməsini təmin edin.

•Uşaqlıq çağından etibarən qidalanmasına bitki mənşəli kalsium qaynağı olan cəfəri, təzə nanə, semizotu kimi yaşıl yarpaqlı tərəvəzləri mütləq əlavə edin.

•Boy uzanmasında kafi zülal istehlakı əhəmiyyətli olduğundan gündə 120 qram (4 boşqab ət ya da toyuq) əti mütləq gündəlik yeməyinə əlavə edin.

•Sümük inkişafı və böyümə hormonuna müsbət təsiri olan, omeqa-3 cəhətdən olduqca zəngin bir qida olan balığı həftədə 2 dəfə istehlak etməsinə diqqət edin. Balıq yeməyən bir uşağınız varsa həkimin məsləhəti ilə həb olaraq balıq yağı təmin edə bilərsiniz.

•Ət istehlak etməyi sevməyən uşaqların gündəlik zülal alışını təmin edə bilmək üçün yeməyinə hər gün 1 boşqab quru paxlalı yeməyi əlavə edin.

•Sink, böyümə və inkişafda təsirli olan müxtəlif hormonların çalışması üçün lazımlı bir mineraldır. Gündəlik olaraq alınan bir ovuc qabıqlı toxum (fındıq, fıstıq, qoz və s.), bədəndə sink qaynağı olaraq istifadə edilər.

•Balıq yağı, dəniz məhsulları və ya içərisinə D vitamini əlavə olunmuş süd məhsullarını istehlak etməsini, eyni zamanda kafi günəş işığı almasını təmin edin.

•Yetərli B12 vitamini də boy uzanmasına təsir edən bir ünsürdür və qida qaynağı yalnız qırmızı ətdir. Kafi miqdarda qırmızı ət istehlakı bu ehtiyacı qarşılayacaq.

•Lazımlı vitamin və mineral alışı üçün gündəlik 5 boşqab çiy tərəvəz və meyvəyə mütləq yeməklərində yer verin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 8 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri