Uşaqların aylıq inkişafı (11 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 86 623
Səs ver:
(səs: 7)
11 aylıq körpәnin inkişafı
Körpəniz artıq rahatlıqla ayaq üstә dayana bilir və bunu edərkən hər cür köməyi rədd edir. Ayrıca, ayaq üstә yavaş-yavaş əyilib yıxılmadan oturma mövqeyinə keçə bilər. Bunu edərkən arada dayanar və əyilib iki qıçının arasından baxar. Ətrafını fərqli bucaqlardan görmək onu həyəcanlandırır .
Körpələr ortalama olaraq 11 aylıqkən, ev әşyalarının kənarına yapışaraq gedə bilərlər. Ancaq bu hər körpədə dəyişən bir vəziyyətdir və sizin körpəniz də bunu daha erkən ya da daha gec bacara bilәr. Divanın kənarında çox rahat getməyə başladıqdan sonra yavaş-yavaş əllərini buraxacaq və ya yapışmağı birdən unudacaq. Tәk ayağının üzərində və barmaq ucunda getməyi sınayacaq.

Bütün dəstəyini tək əlinə verərək əyilib yerdən bir oyuncaq götürmәyә çalışa bilər.
Körpəniz ayağa qalxıb, yapışaraq da olsa getməyə başladığında ayaqqabı geyməyə hazır deməkdir. Ancaq ayaq əzələlərinin güclənməsi üçün ev içində mümkün olduğunca corabla gəzdirməyə davam edin. Körpə çox yaxşı getməyə başlayana qədər ayaqqabılar yumşaq və elastik olmalıdır. Bir çox ana , körpəsinin qalın və sərt əsaslı ayaqqabı geyməsi lazım olduğunu düşünər, ancaq bu səhv bir düşüncәdir. Sərt ayaqqabılar körpәnin ayağının burxulmasına səbəb ola bilər.
Nərdivanlar dərhal bütün uşaqların diqqәtini çəkər. Çox körpə yuxarı çox rahat çıxır və nərdivan başına çatdığında necə enəcəyini bilmәdiyindәn qorxaraq ağlamağa başlayır. Ən az bir sonrakı aya qədər nərdivan enməyi bacarmayacaq da. Körpəniz nərdivan çıxmağı öyrəndiyində davamlı olaraq gözünüz üstündә olmalıdır.
Körpənizin yuxu nizamı də bu ay dəyişə bilər. Yuxuları gün әrzindә qısalıb, gecələri davam edə bilər. Ya da gün ərzində iki yuxunu birləşdirib bir dəfə, ancaq uzun davamlı yuxu yata bilər. Bu kimi vəziyyətlərdə körpə bütün günortadan sonra yuxusuz qalacağından axşam yeməyində narahatlıq yarada bilәr. Buna görə bəlkə də ən yaxşı yol, günorta yeməyini erkən verib, dərhal yemək sonrasında yatmasını təmin etməkdir.
Bəzi zamanlar körpənizin ona söylədiyiniz şeyləri eşitmədiyini düşünmək sizi narahat edir. Əslində körpəniz, belə zamanlarda etdiyi işlə o qədər məşğuldur ki, sizə cavab vermək istəməz. Ancaq eşitmə ilə əlaqədar narahatlıq artarsa, uşaq həkiminizə bildirməlisiniz.
Bir yaşında çox körpə passiv söz xəzinəsinə malikdir, yəni demәsә belə təxminən on obyektin mənasını bilir. İndiyə qədər etmədinizsə, dialoqunuza "lütfən" və " təşəkkür edirəm" i bildirmək üçün ən uyğun zamandır. Körpəniz danışmağa başladığında, bu sözlər birbaşa danışmasına əks olunacaq.
Körpə artıq çox düzgün olaraq obyektləri qavrayar və barmaqlarını daha yaxşı istifadə edə bilər. Körpə davamlı olaraq şəkillәri, әşyaları araşdırar, məsələn plastik bir qab ilə şüşə stəkanın arasındakı fərqi anlamağa çalışar. Kiçik bir qabın böyüyün içinə girəcəyini, amma tam əksinin ola bilməyəcəyini bilir.Körpənizə kitab oxumaq və şəkillər göstərmək körpənin ətrafındakı obyektləri daha yaxşı tanımasını təmin edər. Ancaq ona bu dövrdə hərf və ya söz öyrətməyə çalışmayın. Bunun yerinə kitaba baxmağı sevimli bir oyun halına çevirin.
Bu dövrdə körpə " oyuncaq haradadır?" oyununu oynamağı çox sevәr.
Saxlanılan oyuncağı daha ustalıqla araya bilər. Əgər oyuncaq daha əvvəl saxlanan yerdə deyilsə belə, mütləq başqa bir yerdə gizlənmiş olduğunu bilir. Axtarışa davam edər və sizin də kiçik yardımınızla bu böyük sirri həll edәr.Ana və atanın körpəylə əlaqələri fərqlidir, ancaq hər ikisi də çox qiymətlidir. Fərqli görünüşləri fərqli fikirlər və fərqli ünsiyyət körpənin insanları və ətrafını daha rahat anlamasını təmin edər. Əgər körpənizi tək başına böyüdürsünüzsә, qarşı cinsdən insanlarla ünsiyyət qurmasına imkan vermәlisiniz.
İctimai fiziki zehni

• Saxlanma - tapma və ya top atma kimi oyunlardan çox xoşlanar.
• Hər zaman iştirakçı olmaya bilər.
• Davamlı təsdiqlənmə gözləyər.
• Ayaq üstә dayanarkən yıxılmadan otura bilər .
• Barmaq ucunda dayana bilər.
• Qutunun qapağını qaldırar.
• Kitab səhifələrini, bir-bir olmasa belə çevirə bilər.
• Obyektləri şüurlu olaraq yerlərinə qoya bilər.
• Kiçik obyektləri tutub qaldıra bilər.
• Qaşığı ağzına apara bilər.
• Ayaqqabı və corabını çıxarda bilər.
• Bəzi obyektlərin simvolu olan sözləri xatırlayar (" təyyarə " deyildiyində səmanı işarə edə bilər ).
• Söylədikləri hələ aydın olmaz, ancaq bir neçə mənalı səs çıxara bilir.
• Ritmik səsləri və üz ifadələrini çox rahat təqlid edir.
(səs: 7)
Şərhlər: 3
Baxılıb: 86 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri