Körpəyə qulluq etmək üçün nə qədər məlumatınız var? - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 056
Səs ver:
(səs: 2)
Doğulduqdan sonra körpənizə baxa biləcək məlumatlara sahibsinizmi? Körpənin doğumundan əvvəl körpənin sağlıq yoxlamasını və lazım olarsa müalicəsini etdirə biləcəyiniz həkiminizi seçmiş olmanız, eyni zamanda sağlam bir ana olaraq sizin yoxlanışınız üçün həkiminizin olması işləri asanlaşdırmağa köməkç edər. Bəs Sizin, körpəyə qulluq etmək mövzusunda məlumatınız varmı? Təcrübənizə inanırsınızsa, gəlin, test edək:

1. Körpəyə qulluq etmək üçün özünüzü hazır hiss edirsinizmi?
a) Bəli
b )Xeyr

2. Körpəniz doğulduqdan sonra körpəyə qulluq üçün sizə kömək edəcək yaxınlarınız varmı?
a) Bəli
b) Xeyr

3. Bir körpənin ailəyə gətirəcəyi məsuliyyətlər haqqında məlumat sahibi olduğunuzu düşünürsünüzmü?
a) Bəli
b )Xeyr

4. Xasiyyətcə sakin və soyuqqanlı olduğunuza inanırsınızmı?
a) Bəli
b) Xeyr

5. Körpənizin yoxlanılması və peyvəndləri üçün gedəcəyiniz uşaq həkiminizi təyin etdinizmi?
a) Bəli
b) Xeyr

6. Övladınızı xüsusilə ilk altı ay boyunca ana südü ilə bəsləməniz lazım olduğunu bilirsinizmi?
a) Bəli
b) Xeyr

7. Körpələrin xüsusilə ilk bir neçə ay qaz problemi yaşaya biləcəklərini bilirsinizmi?
a) Bəli
b) Xeyr

8. Körpəyə qulluq zamanı həyat yoldaşınızın da məsuliyyət daşımasını istəyirsinizmi?
a) Bəli
b) Xeyr

9. Körpəyə qulluq zamanı bəzən narahat olursunuzmu?
a) Bəli
b) Xeyr

10. Ana -körpə əlaqəsinin əhəmiyyəti haqqında məlumatınız varmı?
a) Bəli
b) Xeyr

11. Təcili yardım zamanı hara və kimə müraciət edəcəyiniz mövzusunda lazım olan hazırlıqları etdinizmi?
a) Bəli
b) Xeyr

12. Bir körpənin inkişaf dövrü ilə əlaqədar olaraq məlumat əldə etmisinizmi, bu mövzuda məsləhətləşəcəyiniz mütəxəssislər varmı?
a) Bəli
b) Xeyr

Nəticə: Verdiyiniz cavablarda "Bəli" cavabı üstünlük təşkil edirsə:

Bir körpənin çox istənmiş belə olsa ana-ataya və ailəyə çox böyük məsuliyyət gətirdiyi bir həqiqətdir. Bunu bilərək hərəkət etmək çox əhəmiyyətlidir. Bir körpəyə qulluq etməyi həm psixoloji, həm də fiziki olaraq bacarmaq lazımdır. Cavablarınızın çoxu "bəli"-dirsə ana- ata olmağın bəxş etdiyi məsuliyyətlərə və körpəyə qulluq etməyə hazır sayılırsınız. Əlbəttə, bəzən gözlənilməz problemlərlə qarşılaşa bilərsiniz. Edəcəyiniz iş qarşınıza çıxan problemləri həll etmə bacarığına sahib olmaqdır. Körpənin doğumundan əvvəl körpənin yoxlanması və lazım olduqda müalicəsini etdirə biləcəyiniz həkiminizi seçmiş olmanız, eyni zamanda sağlam bir ana olaraq sizin həkiminizin olması işləri asanlaşdırmağa kömək ola biləcək tədbirlərdir.

Cavablarınız arasında "Xeyr" üstünlük təçkil edirsə:

Körpəyə qulluq mövzusunda ananın sahib olduğu məlumat və təcrübə çox əhəmiyyətlidir. İlk uşaqlarda təcrübə gözlənilə bilməz, ancaq tədbirli olmaq lazımdır. Xüsusilə, yeni doğulmuş bir körpəyə qulluq üçün ciddi olaraq əmək, səbir və soyuqqanlılıq lazımdır. İlk aylarda yaşanan çətinliklər zamanl ortadan qalxacaq, ancaq bu müddətdə ananın yanında, ona kömək edəcək, dəstək verəcək, etibarlı yaxınları olmalıdır. Siz özünüzü hələ hazır hiss etməyə bilərsiniz, amma bu mövzuda təcrübəli analarla əməkdaşlıq etmək, məlumatları paylaşmaq lazımdır. Ailə böyüklərindən kömək almaq son dərəcə əhəmiyyətlidir və işləri asanlaşdırar. Əgər "xeyr" cavablarınız daha çoxdursa, ya da "bəli" cavablarınızla bərabər nisbətdədirsə, bir az daha çox məlumat əldə etmək və ana olmuş rəfiqələrinizlə daha çox vaxt keçirmənizi təklif edirik.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri