Bu qidaları körpələrə yedizdirmək olmaz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 10 777
Səs ver:
(səs: 1)
Körpəni ilk 6 ay yalnız ana südü ilə qidalandırmaq lazımdır. Yalnız 6 aydan sonra onu yeni qidalarla tanış etmək olar.
Bəzi qidalar körpələrdə allergiyaya və digər problemlərə səbəb ola bilir. Ona görə belə qidaları 1 yaşı tamam olmayan körpəyə yedizdirməməlisiniz.
 
Bal
Körpənin ağzı bir az dadlansın deyə əmziyi bala bulayan analar var. Ancaq onlar bilmirlər ki, balın tərkibində körpə üçün təhlükəli "clostridium botulinum” adı verilən bakteriya mövcuddur. Bu bakteriya körpələrdə qusma, ishal, ürək bulanma, nəfəs çatışmazlığı və hətta ölümə nəticələnən "botulizm” xəstəliyinə səbəb ola bilər.

Duz
Körpənin yediyi xörəyə əsla duz vurmayın. Duz onun böyrəklərini sıradan çıxara bilər.

İnək südü
Körpəniz inək südünün tərkibindəki zülalları həzm edə bilməz. Bu da onun bağırsaqlarında kiçik qanaxmalara səbəb ola bilər. 1 yaşı tamam olmadan inək südü içən körpələrdə qansızlıq, dəmir çatışmazlığı, inkişafdan qalma halları müşahidə edilir. İnək südü körpədə allergiya yarada bilər.

Şəkər
Eynilə duz kimi şəkər tozu da körpələr üçün zərərlidir. Körpənizin dadını bəyənmədiyi qidalara şəkər tozu əlavə edərək onları cəlbedici hala gətirmək doğru deyil. Çünki belə etdikdə körpənin sağlamlığına zərər verirsiniz. Üstəlik, onun damaq dadı formalaşma mərhələsində olduğu üçün gələcəkdə də ancaq şirin qidaları sevməsinə səbəb olursunuz. Bu da uşağın gələcəkdə sağlam həyat tərzinin qaydalarına əməl edə bilməyəcəyindən xəbər verir.
Şəkər körpənin kökəlməsinə, süd dişlərinin tez çürüyüb tökülməsinə və digər problemlərə yol aça bilər.

Yumurta ağı
Yumurta ana südündən sonra ən keyfiyyətli zülal ehtiva edən ikinci qidadır. Körpələr üçün faydalı qida hesab edilir. Ancaq bu deyilənlər, sadəcə yumurtanın sarısı üçün keçərlidir. 1 yaşı tamam olmayan körpəyə yumurtanın ağı yedizdirilməməlidir.

Tropik meyvələr
Çiyələk, banan, kivi, ananas kimi tropik meyvələr çox dadlıdırlar və körpələr onları yeməkdən imtina etməzlər. Ancaq tropik meyvələrin çoxu allergiyaya səbəb olur. Buna görə də, hər ehtimala qarşı allergiya riski olan bu qidaları 1 yaşından əvvəl körpənizin menyusuna daxil etməməlisiniz.

Şokolad və kakao
Uşaqların çox sevdiyi şokolad və kakao ehtiva edən qidalar da körpəyə 1 yaşından əvvəl verildikdə təhlükə kəsb edir. Ancaq bu körpənizin 1 yaşdan sonra istədiyi qədər şokolad və kakaolu qidalar yeyə biləcəyi mənasını vermir. Tərkibində bol miqdarda yağ və şəkər olan şokoladlar şəkər xəstəliyinə, köklüyə səbəb olmaqla yanaşı, dişlərin də düşmənidir.
Ona görə də bütün uşaqlar şokoladı ehtiyatla yeməli, menyuya həftədə bir dəfədən çox daxil etməməlidir.

Dəniz məhsulları
Dəniz məhsulları ağır metallar ehtiva edir, həmçinin allergiya yaratmaq təhlükəsi var. Odur ki, körpələrinizi dəniz məhsullarından uzaq tutun.

Çay
Körpənizi yeni qidalarla tanış edərkən qidanı udmasını asanlaşdırmaq üçün çay içirməyin. Çayın tərkibində olan müxtəlif maddələr qidaların ehtiva etdikləri vitaminləri öldürür, dəmiri yuyur.
Çay tərkibindəki kofein körpənizdə narahatlığa, yuxu problemlərinə və hiperaktivliyə səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 10 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri