Yatma rejimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 066
Səs ver:
(səs: 1)
Körpənin yatma rejimləri və yuxululuğun əlamətləri
Hər bir körpənin yuxu rejimi fərqli ola bilər, lakin yeni doğulmuş körpə gündə 2-4 saatlıq müddətlərlə 16 saat yatır. Yeni doğulmuş körpə təxminən hər iki saatdan bir yemək yemək üçün oyanır. Körpənizi yatağınızın yanında saxlamaqla siz hamınız daha çox yata bilərsiniz, nəinki digər bir otaqda saxlamaqla. Həddindən artıq yorulmuş körpə yuxuya getməkdə çətinlik çəkə bilər, buna görə də, onun nə zaman yatmalı olduğunu bilmək vacibdir. Diqqət olunmalı olan əlamətlərə ağlama, gözlərini ovma, qulaqlarını dartma, yerində sıxılmaq və gözləri altında zəif qara dairələr daxildir. Bu körpənin təbii yuxu vaxtının olduğuna işarədir, buna görə də, körpəniz bu vaxtlarda yatırılsa daha yaxşı və çox yatacaq.

Körpənizin gecə boyu yatmasına necə kömək etmək olar
Gündüz və gecə arasındakı fərqi aşılamağa çalışın. Buna körpəniz iki həftəlik olduqdan sonra başlaya bilərsiniz. Gün ərzində evi işıqlı saxlayın, mümkün olduqca daha çox oynayın, körpəni ayıq və fəal saxlayın və onlara uzun müddət yuxulamağa imkan yaratmayın. Gün batandan sonra, evi zəif işıq və az fəallıqla daha sakit və səssiz məkan edin. Nəticədə, bu onlara gecə vaxtının yuxu vaxtı olduğunu öyrədəcək.

Körpənin yatma rejimini müəyyən edin - təxminən iki aylığında, rahat yatma rejimi hazırlamaq yaxşı fikir olardı. Çimmək, sakit qucaqlama, gecə nağılı və ya layla körpənizə yatma vaxtı olduğunu başa düşməyə kömək edər.

Körpənizə özü yatması üçün imkan yaradın - 8 həftəsində bəzi valideynlər körpələrinin özlərinin yatmağı öyrənməsinə imkan yaradırlar. Bu çox mühüm addım ola bilər, lakin çalışın körpənizi öz beşiyinə ayıq lakin yuxulu olduğu zaman qoymağa çalışın. Əgər yellənməyə və ya danışmağa öyrəşibsə, körpəniz ilk dəfələr ağlaya bilər, lakin sonrada o özü yatmağı öyrənəcək və gecələr ayıldığı zaman daha asan yatacaq.

Körpə yatma rejimini qurmaq vaxt apara bilər, buna görə də, əgər sizin gözlədiyinizdən artıq vaxt apararsa, narahat olmayın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 10 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri