Körpələrdə qaz sancısı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 427
Səs ver:
(səs: 3)
Yenidoğulmuşlarda ən çox rast gəlinən narahatlıqlardan bəlkə də biricisi qaz sancılarıdır. Bu, xüsusilə də yeni ata-ana olmuş valideynlərin kabusuna çevrilib. Qaz səbəbindən ağlayan, çığıran körpəni sakitləşdirmək onlar üçün çətin olsa da,  bu barədə bir neçə məsləhətini verəcəyik.
 
Körpələr nə üçün qaz sancılarından əziyyət çəkir?
Həzm sistemi hələ formalaşmadığı üçün yenidoğulanları bu problem ciddi şəkildə narahat edir. Hətta sutkanın istənilən saatı onları ağladır, dayanmadan ağlayan balaca gənc valideynləri də təşvişə salır. Mütəxəssislər 2-3 həftəlik körpələrdə başlayan qaz sancısı probleminin 4-6-cı həftələrdə çoxaldığını, 3 və 4-cü aya kimi davam etdiyini bildirirlər. 4 aydan sonra həzm sistemi tam inkişaf etdiyi üçün körpə qaz sancılarından qurtulur. Əgər bu vəziyyət çox davam edərsə, o zaman pediatra müraciət edilməlidir.
Yenidoğulmuşda qaz sancısının olmasının daha bir səbəbi hərəkət azlığıdır ki, bu da bədəndə qazların toplanmasına və balacanın ağrımasına səbəb olur.
Digər səbəblər kimi buraya süd verən ananın rasionundakı köp yaradan qidaların olmasıdır. Bu səbəbdən süd verən ana ciddi pəhrizə riayət etməlidir.

Körpəni qaz sancılarından necə azad etməli?
Bu problemi körpə üçün asanlaşdırmağın bir çox üsulları göstərilir. Lakin qaz sancısını aradan qaldırmaq hər bir balacada fərdidir. Hansısa körpədə bu, masajla aradan qalxırsa, digərində isti ədyala bükülməklə sancı azalır.
Masaj – körpənin qarın hissəsini əllə və ya azca isidilmiş günəbaxan yağı ilə masaj edin. Masajı saat əqrəbi istiqamətində etməyə çalışın. Bu problemi tam həll etməsə də körpənin sancılarını azaldacaq və bir müddətliyə onu rahatladacaq.
Qucaqlayıb sarılma – bu zaman körpə özünü güvənli bir yerdə hiss edəcək və bu ona sancılarını da unutduracaq.
Musiqi dinlətmək – sancı səbəbindən ağlayan körpəyə musiqi dinlətmək xeyli müsbət təsir göstərə bilər. Sınamağa dəyər, əziz analar...
 
Qucaq və ya beşikdə yırğalamaq;
Balacanı ilıq suda çimdirmək də qaz sancılarının azalmasına kömək edər;
Əmzik vermək;
 
Maşına mindirib, bir qədər gəzdirmək - ətraf aləmi seyrə dalan balaca tez bir zamanda sancıları unudacaq...
Müasir dövrdə sancılardan xilas olmaq üçün doğulan gündən həkimlər körpəyə müxtəlif dərman vasitələri təyin edirlər. Çalışmaq lazımdır ki, dərmanlardan daha çox belə təbii üsullarla, həmçinin şüyüd çayı dəmləyib içirtməklə onu sancılardan azad edəsiniz...
 
Aygün Quliyeva
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri