9 aylıq intizar bitdikdən sonra körpəniz qollarınızdadır. Bununla da
yenicə anadan olmuş balacaya qulluq, qayğı və diqqət dövrü başlayır.
Körpələrdə rast gəlinən problemlərdən biri də süd yarasıdır, yəni,
ağızda, dilin üstündə görünən ağ ərp! Buna dırnaqarası baxılmamalı,
mütləq müalicə edilməlidir.
Süd yarası nədir?
Süd yarası göbələk mənşəli olub,
körpənin dilinin üstündə, damağında görülən, müalicə edilməzsə, bütün
ağız boşluğuna yayıla biləcək ağ ərpdir. O bir müddət sonra uşağın
qidalanmasına da problemlər yarada bilər. Ana südü ilə bəslənən
körpələrə nisbətən süd yarası əlavə qida ilə bəslənənlər də daha çox
olur. Bu zaman qida verilən şüşənin, əmziyin təmizliyi olduqca mühüm
amillərdəndir.
Süd yarası nədən yaranır?
Süd yarasının bir neçə yaranma
səbəbi var. Doğuş zamanı uşaqlıqdakı infeksiyalar onun yaranmasına ən
yaxşı mənbədir. Eləcə də doğuşdan sonra istifadə edilən əmziklərin
təmizliyinə ciddi riayət edilməməsi və həmçinin döş gilələrinin düzgün
olmayan gigiyenası və s. Körpəyə təyin edilən antibiotik müalicə də süd
yarasının yaranmasına təkan verə bilər. O körpənin doğulmasının 4-cü
günündə, ən geci isə 1 həftəsində özünü biruzə verir.
Müalicəsi uzun zaman almır
Süd yarası göbələk mənşəli
infeksiya olsa da, gənc valideynləri qorxutmamalıdır. Onlara müalicənin
asan və tez olmasını da xatırlatmaq istərdik. Adətən ən sadə müalicə
üsulu 1 həftəlik Nistatinlə təyin edilən müalicədir ki, bu dərmanın
körpəyə heç bir zərəri yoxdur.
Ana südü də həmin ərplərin
aparılmasında mühüm rol oynayır. Lakin döş gilələrinin təmizliyinə
diqqət edilməsi şərti ilə... Bu infeksiya öz-özünə keçmir, mütləq həkimə
göstərilməlidir. Vaxtında müalicə edilməzsə, körpəyə ağrı verər və onu
qidalanmasını əngəlləyər.