Körpəsi yeni diş çıxaran analara məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 851
Səs ver:
(səs: 1)
Uşaqların ilk diş çıxartmağı 5-ci aydan etibarən başlayır. 5 və 9-cu aylar arasında çıxan dişlər əsasən alt damağın ön tərəfində çıxır və bu dişlər kəsici dişlər adlanır. Alt damaqda çıxan dişlərdən sonra üst damaqdakı dişlər çıxır və sırası ilə bütün dişlər çıxmağa başlayır. Süd dişlərinin hamısı demək olar ki, 2 yaş yarımına qədər çıxır. Uşaqlarda diş çıxmağa başlayan andan etibarən müəyyən əlamətlər olur.

Bu əlamətlər nələrdir?
Damaqda qaşıntı hissi, cüzi ağrı, iştahsızlıq, diş köklərində şiş kimi fəsadlar körpənin narahatçılığına gətirib çıxarır. Bu vəziyyətdə diş çıxaran körpələrin rahatlığı üçün əsasən maye qidalar və ya çox qatı olmayan ilıq maye yeməklər yedizdirməlisiniz. İlıq maye yeməklər körpənin diş köklərini rahatlaşdıracaq. Diş çıxaran körpələrdə əsasən dişləri qaşınır. Yumşaq toxumadan hazırlanmış oyuncaq həm körpənin diş qaşıntısının qarşısını alır, həm də körpə həmin oyuncaqla oynayıb başını qatır.

Bundan əlavə körpənin dişinin qaşıntısının qarşısını almaq üçün ağrıkəsici və ya diş ətlərinə sürtülən maye dərmanlardan uzaq durun. Çünki körpələrin diş çıxartması ən təbbi fiziki inkişafıdır. Ağrıkəsicilər ağız ətrafını uyuşdurduğu üçün çox uşağın bu dərmanlardan xoşu gəlmir. Ancaq körpənizdə yüksək hərarət, kəskin iştahsızlıq, durmadan ağlama kimi əlamətlər varsa, mütləq həkim ilə əlaqə saxlayın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri