Uşaqların peyvənd təqvimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 10 247
Səs ver:
(səs: 0)
Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir və uşaqların həmin cədvələ uyğun peyvənd olunması vacibdir. Sizi Azərbaycanın milli peyvənd təqvimi ilə tanış edirik.


 

Yaş Peyvəndlər Hansı Xəstəliklərə Qarşı Doğulandan sonra 12 saat ərzində HepB hepatit B 4-7-ci günlərdə BCG vərəm OPV poliomielit 2 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 3 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 4 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B OPV poliomielit 12 aylıqda QPM qızılca, parotit, məxmərək 18 aylıqda GDT göyöskürək, difteriya,tetanus OPV poliomielit 6 yaşda QPM qızılca, parotit, məxmərək DT difteriya, tetanus  
2013-cü il, aprelin 1-dən Azərbaycan peyvənd təqviminə pnevmokokk infeksiyaya qarşı vaksin əlavə edilib. Uşaqlar bu vaksinlə bir yaşa qədər 3 dəfə peyvənd olunmalıdır. Bu, pnevmokokkun törətdiyi pnevmoniya, meningit və s. xəstəliklərdən qorunmanın ən effektiv yoludur.

DİQQƏT!
1. Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər inyeksiya yolu ilə yeridilir.
2. Bir yaşa qədər uşaqlara bu inyeksiyalar bud əzələsinə vurulur.
3. Peyvənddən əvvəl həkimdən uşağı müayinə etməsini, uşağın hərarətini ölçməsini tələb edin. Xəstə uşağı peyvəndləmək təhlükəlidir!
4. Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyalar haqda həkimdən məlumat alın.
5. Peyvənddən sonra reaksiya olduqda dərhal həkimə müraciət edin.
QEYD: Ekzotik ölkələrə səyahətdən əvvəl həmin ölkələrin peyvənd cədvəli ilə tanış olun. Əlavə peyvənd sizi həmin ölkələrdə yayılan xəstəliklərdən qoruyar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 10 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri