Uşaqlarda yuxusuzluğun 5 əsas səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 315
Səs ver:
(səs: 2)
Uşağın sağlam böyüməsi üçün vaxtında və doyunca yatması zəruridir. Araşdırmalar göstərir ki, vaxtında yatmaq (böyük uşaqlar üçün axşam saat 9-10 arası) uşaqların böyüməsinə, yaddaşın inkişafına müsbət təsir edir. Körpələrin vaxtsız oyanması, hətta gecə ilə gündüzü qarışdırması normaldır. Amma elə uşaq var ki, böyüyüb, sağlam olsa da, gecə yeməyə ehtiyacı qalmasa da, az qala hər saatbaşı oyanır. Problemi həll etmək üçün kökünü bilməliyik. "Bebek” jurnalı uşaqlarda yuxusuzluğun 5 əsas səbəbini göstərir.

1. Yuxu ilə bağlı hərəkətlər
Uşaqların yuxuya getməsi üçün çox şeyə ehtiyacları ola bilər. Onlar bəzi şeylərə vərdiş edirlər. Uşaq arabasında və ya qucaqda gəzib yatmaq, ana südü ilə qidalanmaq, əmziklə, ayaqda, yaxud çarpayıda yellənmək və s uşaqların yuxu ilə bağladığı (əslində biz valideynlərin bağladığı) hərəkətlərdir.
Bu hərəkətlərin bəzisini uşaq özü edə bilir, məsələn, gecə oyananda əmziyini özü tapıb, ağzına qoyur, bir qədər iri uşaq öz çarpayısını özü yelləyir və yenidən yuxulayır, beləliklə problem olmur. Ancaq qucaqda gəzdirilən, ayaqda yatırdılan uşaq gecə oyananda həmin hərəkəti özü təkrarlaya bilmir və nəticədə yata bilmir. Ona görə də bu vərdişləri tərgitsək yaxşıdır
 
2. Həddən artıq yorğunluq
Uşaqların oyaq qala bildikləri müddət yaşdan asılı olaraq fərqlidir. 1 aylıq uşaq cəmi 1 saat, 7 aylıq uşaq 3 saat oyaq qala bilər. Həddən artıq yuxusuz qalanda uşaqların bədənində yorğunluqla mübarizə aparan kortizol hormonu ifraz olunur. Stresə qarşı yaranan bu hormon yuxulamağa mane olur. Uşaq yuxuya getsə də, bu hormonun təsiri ilə tez-tez oyana bilər. Belə hallarda uşağın yuxulaması üçün anlayış və yardım göstərmək xüsusilə vacibdir.

3. Fiziki inkişaf
Çevrilmək, iməkləmək, ayağa qalxmaq, yerimək, danışmaq kimi yeniliklər uşağın yuxusuna mənfi təsir edə bilər. Axı bu hərəkətlərin hər biri uşaqdan daha artıq enerji tələb edir, uşaq hər dəfə hansısa əzələsini istifadə etməyə başlayır və bəzən uşaqlar bu hərəkətləri gecə də təkrarlamağa cəhd edirlər. Yaxud uşaq oyanıb fərqli şəkildə uzandığını görür, amma necə çevriləcəyini unudur və çevrilə bilmədiyi üçün yata bilmir.

Bu halda uşağı rahat uzatmaqla yuxulamasına yardım etmək olar.

4. Aclıq
Qidalanma yuxuya birbaşa təsir edir. Ac uşaq yata bilməz, yemək istədiyi üçün ağlayar.
Amma uşaqların çəkisini, yaşını nəzərə almaq vacibdir. Məsələn, 9 aylıq körpə gecə 2-3 dəfə oyanıb, yemək istəyirsə, deməli, oyanmağa vərdiş edib (9 aylıq uşağın gecə 2-3 dəfə yeməyə ehtiyacı yoxdur).
Uşağın aclıqdan ağladığını, doymadığını düşünürsünüzsə, həkimə müraciət edin. Bəlkə südünüz azdır, ya da sizin uşağın yaşıdlarından çox qidalanmağa ehtiyacı var…

5. Dişlər
Uşaqların bütün dişlərinin çıxması təqribən 2 il çəkir. Diş bəzən ağrısız, uşağı heç narahat etmədən çıxır. Amma elə uşaqlar var ki, ağrıdan yata bilmir, bəzilərində bədənin hərarəti artır, həzm sisteminin fəaliyyəti pozulur və s.
Ağrı olanda özü yata bilən uşaq da ağlamağa başlayır, çünki valideynin yardımına ehtiyacı olur. Belə vaxtlarda uşağa yardım üçün bəzi üsullara əl atmaq, məsələn uşağı yelləmək, gəzdirmək, öz yatağınızda yatırtmaq olar. Ancaq ağrı keçəndən sonra bu hərəkətləri təkrarlamayın ki, vərdiş halını almasın.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri