Uşaqlarda burun tutulması

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 11 413
Səs ver:
(səs: 2)
Allergiyalı uşaqların burun pərdəsində olan xüsusi bir molekul virusları tutub saxlayır, bu isə nəticədə onlarda xəstəliyə səbəb olur. Ona görə də mütəxəssislər, xüsusilə, allergiyalı uşaqların bu xəstəliklərə qarşı immunitetinin gücləndirilməsinin vacibliyini irəli sürürlər. 

Allergik zökəm uşaqlarda, əvvəlcə, burun tutulması ilə başlayır və uşaq xəstə olmasa belə, burnu tutulduğu üçün nəfəs almaqda çətinlik çəkir. Belə uşaqlarda ağzıaçıq yatmaq və hətta xoruldamaq hallarının da müşahidə olunması təbiidir.

Bu vəziyyət burun pərdəsində meydana gələn allergik şişmədən irəli gəlir və buna zökəmdən irəli gələn burun tutulması da əlavə olunduqda xəstəlik daha da ağırlaşır.

Zökəm (və ya qrip) zamanı burunətrafı sinus boşluqları ifrazatla dolur. Burun tutulmasının ağır vəziyyətində ifrazat xaric oluna bilmədiyi üçün daxilə oksigen getmir, bu isə mikrobların daha da çoxalmasına və sinuzit xəstəliyinin meydana gəlməsinə səbəb olur.

Uşaqlarda sinuzit böyüklərdə olduğu kimi, başağrısı vermir, ancaq burun tutulması, burun axması şəklində müşayiət olunur. Allergiyalı uşaqlarda infeksiya bronxlara keçməmiş tədbir görmək lazımdır. Çünki sonradan bu, bronxial astma xəstəliyinə çevrilə bilər. Buna görə də bədənin immunitet sistemini gücləndirmək, infeksiyaya qarşı müqavimətini artırmaq lazımdır. Bunun üçün uşağa payızda tətbiq olunan "mikrob peyvəndi" vurdurmaq lazımdır.

Bu, allergiyalı uşaqların qış mövsümünü daha rahat keçirməsini təmin edir. Digər tərəfdən, immunitet sistemi üçün D vitamini də lazımlıdır. Buna görə də bədəndə D vitaminini "möhkəmləndirmək" şərtdir. Bol meyvə-tərəvəz, toyuq, balıq və taxılla zəngin məhsullarla qidalanmaq bədəndə antioksidant səviyyəsini artırır və orqanizmin xəstəliklərdən qorunmasını təmin edir.

Su bəlğəmə qarşı ən yaxşı vasitə hesab olunduğu üçün uşaqlara meyvə şirəsi əvəzinə, su vermək daha vacibdir. İnfeksiyaya qarşı müqaviməti artıran başqa bir maddə isə "Omeqa-3" yağ turşularıdır. Balıq və balıq yağında bol olan bu maddənin qış aylarında uşaqlara verilməsi immunitet sistemini gücləndirir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 11 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri