Uşaqlarda çəpgözlük

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 354
Səs ver:
(səs: 0)
Uşaqlarda çəpgözlük həm irsi ola bilər, həm də anada çətin hamiləlik və ya çətin doğuş olduğu hallarda da baş verə bilər. Bu xəstəliyin səbəbi uşağın sinir sistemi xəstəlikləri, uşaq infeksion xəstəlikləri, həmçinin travmalar ola bilər. 

Əksər hallarda uşaqlarda olan çəpgözlük onlarda olan digər göz xəstəliklərinin (adətən, anadangəlmə) əlaməti kimi təzahür edir. Bəzi hallarda uşaqlarda çəpgözlüyün səbəbi göz əzələlərinin inkişaf qüsurları da ola bilir. 

Uşaqlarda çəpgözlük zamanı bir və ya hər iki göz kənar tərəfə (əksərən buruna tərəf) baxmış olur və ya sanki kənara tərəf \\\"üzür”. Bu hal əksər hallarda südəmər uşaqlarda qeyd edilərək, adətən, 6 aylığına yaxın keçib gedir. Bəzi hallarda valideynlər gözlərin bəzi özünəməxsus yerləşməsini (məsələn, burunüstü nahiyəsi geniş olan uşaqlarda) və göz qapaqları arasındakı sahənin müəyyən formasını çəpgözlük kimi qəbul edirlər. Vaxt keçdikcə burunun forması dəyişir və yalançı çəpgözlük keçib gedir. 
Uşağınızda çəpgözlük aşkar edən kimi, onu tez bir zamanda göz həkiminə göstərmək lazımdır. Diqqətsiz qalan bu çatışmazlıq sonradan görmə qabiliyyətinin kəskin şəkildə zəifləməsinə səbəb ola bilər. 

Çəpgözlük hər hansı digər səbəbdən baş verdikdə isə əsas diqqət həmin səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Bəzi hallarda çəpgözlük uşağın sinir sistemindəki xəstəliklərin əlaməti də ola bilər. Buna görə də çəpgözlüyü olan uşaqları yalnız oftalmoloqa (göz həkimi) deyil, nevropatoloqa da göstərmək lazımdır. Çəpgözlüyün səbəbi nevroloji problem olarsa, həmin xəstəliyin müalicəsindən sonra çəpgözlük də keçib gedir. 

Çəpgözlük ayrıca bir xəstəlik kimi (bu zaman gözün bir və ya bir neçə əzələsi zəif inkişaf etmiş olur) müəyyən edilmiş olarsa, onun cərrahi yolla aradan qaldırılması məsələsi də həll oluna bilər. Cərrahi əməliyyat lazım olmadığı hallarda, həkim nəzarəti altında xüsusi aparatda göz əzələləri üçün aparılan məşqlər və digər müalicə tədbirləri təyin edilir. Çəpgözlük zamanı uşağa həmcinin eynək taxılması da məsləhət görülür. 

Çəpgözlüyün müalicəsi bəzən illərlə davam edə bilər. Bu zaman həm uşaq, həm də valideynlərdən böyük diqqət, zəhmət və dözümlülük tələb edilir. 
Valideynlər bilməlidirlər ki, vaxtında müalicə olunmayan çəpgözlük, uşaqlarda daha ağır göz xəstəliyi hesab edilən ambliopiya xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər. Bu, kifayət qədər mürəkkəb xəstəlik hesab olunur. Bu zaman gözün biri (\\\"tənbəl göz”) baş beyinin tərəfindən sanki görmə prosesindən xaric edilir. Bu, iki gözdən gələn müxtəlif informasiyaların beyin tərəfindən araşdırılmasının çox çətin olması səbəbindən baş verir. Bu zaman özünü qorumaq və işini asanlaşdırmaq məqsədi ilə beyin xəstə gözdən (\\\"tənbəl göz”) gələn məlumatı qəbul etməkdən \\\"imtina edir”. Hazırkı zamanda uşaqlarda olan ambliopiya xəstəliyi həkimlər tərəfindən effektiv şəkildə müvəffəqiyyətlə müalicə edilir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri