Uşaqların immunitet sistemini gücləndirən vərdişlər

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 3 203
Səs ver:
(səs: 1)
Uşaqların orqanizmi yetkinlərdən çox daha həssasdır. Uşağınızın daha az xəstələnməsi və xəstəliklərlə mübarizə apara bilməsi üçün güclü bir immunitet sisteminə ehtiyacı olduğunu unutmayın.

Körpə və uşaqların immunitet sistemini gücləndirə bilmək və xəstəliklərə qarşı qoruya bilmək üçün bəzi vərdişlərin qazandırılması lazımdır. Güclü bir immunitet sistemi xəstəliklərə qarşı qalxan meydana gətirər. Sağlam bəslənmə vərdişləri də bunlardan biridir. Uşaqların sevmədiyi bəzi qidaları yedirmənin yolunu tapmaq isə ailələrin vəzifəsidir. Sağlam bir immunitet sistemi üçün uşağınıza qazandıra biləcəyiniz vərdişləri sizlər üçün araşdırdıq.

Peyvənd Təqvimi
Doğanulan gündən etibarən axsatmadan uşağın bütün peyvəndlərini etdirməlisiniz. Həkiminizdən mütləq peyvənd təqvimini öyrənməlisiniz. Peyvəndlər xəstəliklərdən qorunmanın ilk addımıdır.

Sağlam Bəslənmə
Güclü immunitet sistemi üçün uşağın balanslı bəslənməsinə diqqət edin. Tez bazar yemək yerinə meyvə və tərəvəz ilə bəslənməsi ən doğru olandır. Uşaqlar nələrin sağlam olduğunu bilməyəcəyi üçün hansı qidaların nə kimi faydası olduğunu tək-tək izah etməlisiniz.

Yuxu
Uşaqların yuxuya yetkinlərdən daha çox ehtiyacı var. Böyümə hormonunun əhəmiyyətli bir qisimi yuxu müddətində ifraz olunar. Uşağın gündəlik kafi yatması üçün uyğun mühiti təmin edin. Yatmayan uşaq yorğun düşəcək və daha tez xəstələnəcək.

Təmizlik
Kiçik uşaqlar fərdi gigiyenalarına riayət edə bilir. Ailələr uşağa fərdi təmizlik mövzusunda məlumat verməlidir. Bu müddətdə uşağa əsəbiləşmədən sakit şəkildə doğru davranışların izah edilməsi lazımdır. Fərdi təmizliyin laqeydlik edilməsi infeksiyalara səbəb ola bilər. Bu immunitet sistemi baxımından problem yaradacaq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri