ƏMMƏ İNSTİNKTİ 2-6 AY ARASINDA DOMİNANT OLARAQ GÖRÜLÜR
Uşaqların mərkəzi sinir sistemi tam olaraq formalaşmadığı üçün ana bətnindəki sıçrama, tutma, tonika boyun və addımlama refleksi doğuşdan sonra da bir müddət davam edir. Körpə qarnını doydurmaq istəyir. Və bu istəklə ortaya çıxan əmmə instinkti 2-6 ay arasında olduqca dominant olaraq görülür. Yeni doğulan körpələrdə görünən barmaq əmmə davranışı da bu əmmə tələbatından irəli gələn bir davranışdır. Bəzi analar məhz bu mərhələdə əmziyi dövrəyə soxurlar və körpələrin bu hərəkətlərini kəsmək istəyir. Amma barmağını sormaqdan uzaqlaşan körpə bu dəfə əmziyə alışır və onun üçün imtina edilməz bir şey halını alır.
ƏMZİYİ UŞAĞINIZ AC DEYİLKƏN VERİN
Uşaqlarınızın barmağını əmməyini istəmirsiniz və onu əmziyə alışdırdınız. O zaman körpənizin əmzik asılı olmaması üçün bəzi şeylərə diqqət etməyiniz lazımdır. Məsələn, İlk altı ayda əmzik istifadəsini uşağınızın istədiyi zamanlarda ac deyilkən verin. Əgər bunun əksini etsəniz körpə ana südündən bir müddət sonra imtina edər.
HƏR AĞLAYANDA ƏMZİK VERMƏYİN
Uşağınız hər ağlayanda ona əmzik vermək hərəkətinizdən mütləq əl çəkməlisiniz. Ağlayanda ona sarılın. 6 aydan sonra yavaş-yavaş əmzik istifadəni azaltmağa diqqət göstərməlisiniz. Əmziyə alışan və buraxmaq istəməyən uşaqlar üçün müxtəlif üsullar tətbiq olunmağa çalışılsa da əmziyi buraxmaqda olduqca çətinlik çəkir. Çətinlik çəkən analar üçün əmzik gətirmə üsullarını sizlər üçün hazırladıq.
ƏMZİYİN UCUNU KƏSİN
Körpənizin istifadə etmiş olduğu əmziyin ucunu kəssəniz, körpə narahatlıq hissi doğuracaqdır. Bu sayədə uşağınız əmziyi bir müddət sonra mərhələli olaraq kəsəcəkdir.
MƏRHƏLƏ MƏRHƏLƏ AZALTMA
Bəzi analar əmzik kəsməyi yavaş-yavaş etməkdənsə bir anda kəsməyi üstün tuturlar. Bu vəziyyət uşaqlarda travmalara yol açır. Ekspertlər isə bu məsələdə səbrlə irəliləməsi lazım olduğunu bildirərək, mənfi təcrübə yaşatmadan əmzik verməyin ən düzgün taktika olacağını müdafiə edir.
ƏMZİK İTİRMƏ
Əmzik istifadə edən uşaqlarda daha çox işə yarayan bu üsulda əmziyi gizlədin və ona əmziyi itirdiyinizi anlatın. İtirmə hissi hər nə qədər narahatlıq yaradacaq olsa da itmiş bir əşyanın geri gəlməyəcəyini başa düşmək zamanla əmzik istifadə etmək vərdişini aradan qaldıracaqdır.