Uşağı necə tərbiyə etməli?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 780
Səs ver:
(səs: 0)
Valideyn üçün övlad həyatda qazandığı ən böyük nemətdir. Övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusudur. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta şiddətdən istifadə edir. Gənclər necə düşünür, valideynlər övladlarını hansı üsulla, necə tərbiyə etməlidir? “Uşaqla dost olmaq lazımdır”

ƏTRAFLI

Aysel İsgəndərova, tələbə Aysel valideynin sırf mühafizəkar, yaxud demokrat olmasının əleyhinədir. Onun sölərinə görə, hazırkı dövrdə valideyn övladına qarşı müəyyən qədər mühafizəkar, müəyyən qədər demokrat olmalıdır: “Mühafizəkar və ciddi valideynlərin övladları çox vaxt qapalı olurlar. Bu da uşağın dostları ilə ünsiyyətinə mənfi təsir göstərə bilər. Uşaqlar valideynləri özlərinə yaxın hiss etməli, aralarında dost münasibətləri olmalıdır. Valideynin qoyduğu qadağalar uşağın tərbiyəsinə mənfi təsir göstərə bilər. Çünki uşağaqoyulan qadağalar ona daha maraqlı gəlir və o, daim ona doğru can atır. Ancaq uşağa çox azadlıq vermək də düzgün deyil. Çünki yaşadığımız dünya heç də göründüyü kimi, gözəl, ədalətli deyil”. Həmsöhbətimizin sözlərinə görə, uşağın elədiyi səhv hərəkətə görə, onu döymək, üstünə qışqırmaq düzgün deyil: “Çünki etdiyi səhvi anlaması üçün bu haqda onunla danışmaq lazımdır. Uşaq hərəkətinin yanlış olduğunu başa düşdükdə onu etməyəcək. Valideyn övladına istədiyi kimi davranmağa da icazə verməməlidir. Çünki bu, uşağın ərköyün böyüməsinə gətirib çıxaracaq və onun psixologiyasına mənfi təsir göstərəcək”. Müsahibimiz düşünür ki, uşağa elə tərbiyə vermək lazımdır ki, o, gələcəkdə intillektual şəxsiyyət, mədəni insan olsun: “Ən əsası uşağı elə böyütmək lazımdır ki, gələcəkdə öz ayaqları üstə durmağı bacarsın. İlk öncə valideyn uşaqda kitab oxumaq vərdişini yaratmalıdır.İndiki gənclik uşaqlıqda mütaliə etmədiyinə görə, hazırda onlarda kitaba, qəzetə maraq yoxdur. Uşaqlıqdan kitab oxumaq vərdişinə malik olan insanın, gələcəkdə öz şəxsi düşüncəsi olacaq və o, həyatı daha yaxşı başa düşəcək. Valideyn uşağın nazı ilə çox oynamamalı, onun hər istədiyini etməməlidir. Hər şeydən öncə valideyn uşağının potensialını öyrənməlidir. Bizim valideynlərdə belə bir fikir var ki, əgər qonşumuzun uşağı vəkil,həkimdirsə, onlarınkı da mütləq həmin sənəti seçməlidir. Valideynlərin məsələyə bu cür baxışı uşaqların həyatına mənfi təsir göstərir. Lakin valideynlər uşaqlarının potensialını, istəklərini nəzərə alsa, onda gələcəkdə övladları xoşbəxt və öz işini həvəslə yerinə yetirən insan olar”. “Valideyn mühafizəkar olmalıdır” Tural Baxışov, satış meneceri Turalın fikrincə, hazırkı dövrdə valideyn mühafizəkar olmalıdır: “Çünki indiki dövrdə uşağı nəzarətsiz qoymaq olmaz. Bizim uşaqlıq illərimizlə, indiki dövr arasında fərq çoxdur. Biz əvvəl həyətdə futbol, gizlənqaç və s.oyunlar oynayırdıq. Lakin indiki uşaqları heç çölə də çıxartmaq mümkün deyil. Onlar bütün vaxtlarını kompyuter qarşısında keçirməyə can atırlar. Uşaqların kompyuterdə oynadıqları müharibə oyunları onların psixologiyasına mənfi təsir göstərir. Bu da uşaqları daha aqressiv edir.Buna görə də valideyn uşaqla münasibətdə mühafizəkar olmalıdır. Uşaq ən gözəl tərbiyəni öz valideynlərindən alır”. Müsahibimizin sözlərinə görə, uşağı döyərək tərbiyələndirmək onda aqressiya hissini artırar və o, psixoloji travma ala bilər: “Uşağın üstünə qışqıraraq onu tərbiyənləndirmək də düzgün deyil. Valideyn övladına nəyin doğru, nəyin yanlış olduğunu düzgün bir formada, anlaya biləcəyi dildə başa salmalıdır”. Həmsöhbətimiz deyir ki, uşağa istədiyi hərəkəti etməyə icazə vermək olmaz: “Bu, uşağın ərköküyün böyüməsinə gətirib çıxara bilər. Bir müddətdən sonra uşaq valideynini eşitməyəcək və istədiyi hər şeyi edəcək. Ərköyün böyüyən uşağın gələcəkdə tərbiyəsi ilə məşğul olmaq daha da çətindir. Buna görə də valideyn lazım gələrsə uşağın üstünə qışqırmalıdır. Lakin valideyn uşağı həmişə danmalı, onun üstünə qışqırmalı deyil. Çünki yuxarıda qeyd etdiyim kimi, bu, gələcəkdə uşağın aqressiv olmasına gətirib çıxara bilər. Uşağın tərbiyəsi valideyninin dünyagörüşündən, intellektual səviyyəsindən çox asılıdır. Çünki bir valideyn yalanın pis olduğunu övladına izah edib, özü həmişə yalan danışırsa, bu, onun uşağına da mənfi təsir göstərəcək. Övlad həmişə valideynin dediyini eşidər, gördüklərinə əməl edər. Buna görə də ailədə elə bir mühit yaratmaq lazımdır ki, uşaq yalnız və yalnız xoş münasibətə, rəftara şahid olsun. Bu da onun gələcəkdə yaxşı valideyn olmasına kömək edəcək”. “Uşağa əl qaldırmaq olmaz” Günel Baxışova, tibb bacısı Günel düşünür ki, valideyn övladıyla loyal davranmalıdır: “Çünki indiki dövrdə, uşaqları sərt üsulla tərbiyələndirmək mümkün deyil. Bir müddətdən sonra uşaq valideynin sözünə qulaq asmayacaq, onun dediklərini etməyəcək. Buna görə də valideyn öz uşağı ilə hər şeydən öncə dost münasibətləri qurmalı, hətta onun ən yaxın dostu olmalıdır. Mühafizəkar və sərt üsulla tərbiyə olunan uşaqlar çox vaxt qapalı olurlar. Çünki mühafizəkar validenylər uşaqlara qarşı sərt münasibət göstərirlər, bu da övladlarının psixologiyasına mənfi təsir göstərir”. Müsahibimiz hesab edir ki, valideyn övladına heç vaxt əl qaldırmalı deyil: “Uşağın üstünə qışqırmaqla, onu döyməklə tərbiyələndirmək əks effekt yarada bilər. Yəni uşaq daha da tərbiyəsiz ola bilər. Ümumiyyətlə, mən həmişə şiddətin əleyhinə olmuşam. Hətta düşünürəm ki, övladına qarşı şiddət tətbiq edən valideynlərin əlindən uşaqları alınmalıdır. Belə davranış gələcəkdə digər valideynlərin də şiddətdən istifadə etmələrinin qarşısını alacaq. Döyülə-döyülə tərbiyə edilən uşaq da, böyüyəndə şiddətdən istifadə edəcək”. Həmsöhbətimiz deyir ki, dünyaya övlad gətirmək çox asanddır: “Əsas onu cəmiyyətə yararlı insan kimi böyütmək və tərbiyələndirməkdir. Fikrimcə, valideyn onun işlərinə çox qarışmalı deyil. Uşaq istədiyi geyimi seçməli, istədiyi yeməyi yeməli, istədiyi məktəbdə və universitetdə təhsil almalıdır. Uşağa seçim hüququ vermək onun gələcəkdə daha yaxşı seçimlər etməsinə və uğur qazanmasına yardım edəcək. Çünki valideyn övladına hər hansı bir məsələni nə qədər başa salsa da, övladı yenə bildiyini edəcək. Biz uşaqlarımızın səhv etməsindən qorxmalı deyilik. Burada əsas məsələ onların etdikləri səhvi başa düşməsidir. Belə təcrübələrlə hər bir insan gələcəkdə öz ayağı üstə dayanmağı bacaracaq. Valideyn övladını kiçik yaşlarından dil öyrənməyə təşviq etməli və yüksək təhsil almasına yardım etməlidir. Lakin onun geyiminə, seçməkistədiyi ixtisasa qarışmlı deyil. Ən yaxşı halda valideyn övladına məsləhət verə bilər”.

Sənan
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri