2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 869
Səs ver:
(səs: 0)
"İki yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki onlardan düzgün olmayan şəkildə istifadə edilməsi uşaqlarda kompüter görmə sindromuna səbəb olur".

Qadinla.com bildirir ki, Bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

O bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.

Y.Abdıyeva qeyd edib ki, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Mərkəz rəsmisi vurğulaybı ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri