İlk tərbiyə ocağı: ailə

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 935
Səs ver:
(səs: 0)
Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarını etibar etdikləri təhsil müəssisələridir. Üstəlik, onlar bu müəssisələrdən təkcə təhsil yox, tərbiyə də tələb edirlər. Əslində, valideynlər bu tələblərində haqlıdırlar. Ancaq onlar ilk tərbiyə ocağının öz ailələri olduğunu unudurlar. Digər tərəfdən, onlar təhsil müəssisələri üçün göstərdikləri həssaslığı öz ailələri üçün göstərmirlər.

Ümumiyyətlə, tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra sürətlənir, üç yaşından sonra isə ən çətin mərhələsinə gəlib çatır. Ancaq təəssüf ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışırlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər. Bu isə özünü təkcə uşağın psixoloji inkişafında yox, fiziki inkişafında da göstərir. Buna görə də, uşaqlarınızı (müəyyən mənada, şagirdlərinizi) yetişdirərkən həssas davranmalı, hər hansı bir problemə qarşı gəlişigözəl reaksiyalar göstərməməli, lazım gəldikdə bir mütəxəssisdən məsləhət almalısınız.

Üstəlik, ailə adlandırdığımız bu ocaqda uşaqla planlı şəkildə ünsiyyət quraraq, həm şəxsiyyətinin formalaşmasına kömək edə, həm də qabiliyyətlərinin üzə çıxmasına imkan verə bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri