Narınc Uşaq Psixologiya Mərkəzinin Nizami filialının açılışı oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 10 416
Səs ver:
(səs: 6)
Psixoloq Narınc Rüstəmovanın rəhbəri olduğu Narınc Uşaq Psixologiya Mərkəzinin Nizami filialının açılışı olub.

Həyat yoldaşı, psixoloq Elnur Rüstəmovla mərkəzin qırmızı lentini kəsən Narınc Rüstəmova daha sonra uşaqlarla görüşüb. O, yeni mərkəzin fəaliyyət planı haqda bunları danışıb: "Mərkəzimizin açılışı Autizmin Maarifləndirilməsi gününə təsadüf edir. Mərkəzimizin açılışının məhz bu günə təsadüf etməsinin əsas səbəbi valideynlərə mesaj ötürməkdir ki, heç olmasa ilin bir günü bu haqda ciddi fikirləşsinlər. Bir çox hallarda valideynlər övladları autist xəstəsi olduğu üçün onları psxioloqa göstərməkdən, cəmiyyətə çıxartmaqdan, xəstəliklə əlaqədar qeydiyyatdan keçirtməkdən çəkinirlər. Mərkəzimizdə də autist uşaqlar var. Onlar rəqs edə, rəsm çəkə bilirlər. Bəlkə də kənardan müşahidə etsəz bu cür uşaqları artıq digər qismdən fərqləndirə bilməzsiniz”. Daha sonra tort kəsilib, uşaqlar üçün şənlik düzənlənib.

Qeyd edək ki, qısa müddət öncə Mərkəzin açılışı ilə bağlı olaraq Qadınlar.Biz saytında ətraflı məlumat yerləşdirilmişdi.

Hər biriniz bizim üçün Dəyərlisiniz və Dəvətlisiniz!

Ünvan: Nizami ray, Qara Qarayev 57/59 (Xalqlar Dostluğu metrosunun yaxınlığında) 
Tel: (012) 480 47 81
Mob: (055) 258 27 00
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 10 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri