Uşaqlara qarşı nalayiq sözlər işlətməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 194
Səs ver:
(səs: 0)
Bir çox ailələrdə uşaqların nəinki xoşagəlməz, hətta nalayiq söz və ifadələrə məruz qalması danılmazdır. Acınacaqlı haldır ki, uşaqlar belə ifadələrə məhz valideynləri tərəfindən məruz qalırlar.

Bu barədə aparılan bir çox söhbətlər və müşahidələr təsdiq edir ki, valideynlər arasında nisbət fərqini nəzərə alaraq belə səhvlərə yol vermə faktları ümumi xarakter daşıyır. Təsadüfi deyil ki, uşaqların təlim-tərbiyəsi məhz ana ilə sıx bağlıdır. Ata günün böyük hissəsini əməyə sərf etdiyi üçün övladlarına kifayət qədər vaxt ayırma imkanından məhrum olur. Bu səbəbdən uşaqların həyat təməli əsas etibarilə ana tərbiyəsi üzərində qurulur və möhkəmlənir. Uşaqların xarakteri və həyat tərzində xoşagəlməz ifadələrin təsiri böyükdür.

Valideynlər belə ifadələri uşaqlar onları əsəbləşdirdikdə, bir iş görərkən müəyyən səhvə yol vermələrinə səbəb olduqda, itaətsiz davrandıqda, inadkarlıq etdikdə və s. bu kimi emosional hallarda söyləyir və bununla alovlanan qəzəblərini yatırdıqlarını güman edirlər. Lakin bunun gələcəkdə uşaqların bir şəxsiyyət kimi formalaşmasına nə qədər təsir göstərə biləcəyini düşünmürlər. Əgər uşaq hansısa səhv hərəkəti edibsə, valideyn uşağı yox, onun etdiyi hərəkəti pisləməlidir. Lakin əvvəlcə uşağa etdiyi səhv hərəkətin mahiyyəti izah olunmalı və gələcəkdə belə səhvlərə yol verilməməsi və ya minumum həddə endirilməsi üçün bütün mümkün vasitələrə əl atmalıdır. Məhz bu halda uşaq ona verilən dəyəri və şəxsiyyətinə göstərilən ehtiramı əyani sürətdə görər.

Başqa bir mühüm məsələ ananın özünün övladları qarşısında zəif və aciz göstərməməsidir. Ananın daim qışqırmaq, hədələmək, təhqir etmək, bəzən də döymək kimi sərt üsüllarla övladının işlərinə müdaxilə etməsi onlarda anaya qarşı nifrət yaradır. Bu, heç də ananın övladlarını həmişə sərbəst buraxması kimi başa düşülməməlidir. Valideyn övladının bütün hərəkətlərinə çərçivə daxilində nəzarət etməlidir. Uşaqlar nadinclik etdikləri zaman ana onları tez-tez ataları ilə hədələməməlidir.

Çünki, həqiqətdə onlarda atalarına qarşı qorxu olsa da bu sözü təkrar-təkrar eşitmələri onlarda vərdiş halı alır.

Nümunəvi valideyn olub xoş əxlaqlı, gözəl tərbiyəli, vətənini sevən və hər zaman millətinə bağlı olan ziyalı övladlar yetişdirmək üçün isə aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbərin (s) və onun əyani təcəssümü olan Əhli-beytinin (ə) təlimat və göstərişlərinə cani-dildən əməl etmək kifayətdir.

Bir sözlə hər bir valideyn həyatda övladlarının qarşısında ən gözəl nümunə olmaq üçün var qüvvəsini səfərbər etməlidir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri