Uşaq barmağını əmirsə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 705
Səs ver:
(səs: 0)
Barmaq əmmək normal uşaqlarda heç bir psixoloji problemlə əlaqələndirilməyən bir haldır. Körpələrin çoxu baş barmaqlarını əmər. Barmaq əmmək zərərsiz bir davranış olaraq demək olar ki, bütün uşaqlarda rast gəlinir. Yeni doğulan körpələr barmaq əmməyi ana bətnində olarkən öyrənirlər. Bəzi körpələr ilk dəfə diş çıxaranda, ya da sıxıntılı bir halda barmaqlarını əmərlər.
 
Bəs belə halda analar nə etməlidir?
İlk əvvəl valideynlər barmaq əmməyin zərərsiz bir davranış olduğunu unutmamalıdır. Uşağın bu vərdişindən əl çəkməsi üçün onu döyməkdə, ya da "barmağını çıxart ağzından!", - deyə üzərinə qışqırmaqda heç bir fayda yoxdur. Mütəmadi şəkildə barmaq əmmək psixoloji problemlə də bağlı ola bilər. Uşağınızda bu vərdişi tərgitmək istəyirsinizsə, səbrlə və təlaşlanmadan davranın. Bundan başqa bu hərəkətin "balaca uşaq" hərəkəti olduğunu, onun artıq böyüdüyünü anlaya biləcəyi bir dillə başa salsanız, problemdən qurtulmuş ola bilərsiniz. 
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri