Uşağa yalan danışmağı necə tərgitdirməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 865
Səs ver:
(səs: 1)
Hər bir valideyn  nə vaxtsa uşağının yalanıyla rastlaşır. Yalan danışmağı bacarmadıqları üçün ilk zamanlar üz cizgiləri onları asandlıqla ələ verir. Lakin daha sonralar uşaqlar yalanı o qədər mahircəsinə danışmağa başlayırlar ki, söylənənlərin yalan və ya doğru olduğunu ayırmaq çox çətin olur.

Bax, bu zaman dərin düşünməli və bu problemin kökünə nəzər salmalıyıq. Söylənənlərin yalan və ya  uşaq fantaziyasının məhsulu olduğunu müəyyənləşdirməyə çalışın. Çünki bu sualın cavabı sizin gələcəkdə hansı addımlar atacağınıza bünövrə qoyur. Çox vaxt uşaqlar yalanın xüsusiyyətlərini anlamır və özlərinin yaratdığı illüziyalar dünyasında yaşayayırlar. Nəzərə alın ki, uşaqların uydurduğu xəyali dostları həqiqətdə varmış kimi qəbul edir. Uşaq elə onun varlığına inandığı kimi, istənilən başqa insanların da mövcudluğuna özünü inandımış olacaq.

Nə zaman narahat olmaq lazımdır?
Şokolad və mürəbbəni kimin yediyini soruşduğunuz zaman uşağın nə dediyinə diqqət yönəldilin. O bu hərəkətini etiraf edəcəkmi və ya bunu etməyini danacaqdırmı. Ana  doğru söylə səni danlamayacağam desə belə, bəzi uşaqılar inadla yenə də yalan danışmağa davam edirlar. Bəzi uşaqlar paltarının üzərində yediklərinin izi olduğu halda belə inadla bunu etmədiklərini təkrarlayırlar. Bu zaman onu yenidən başa salmaq və səhv etdiyini söyləmək sizin öhdənizə düşür.

Gəlin araşdıraq,  nə üçün uşaqlar yalan deməyə, aldatmağa başlayırlar?
Əsas səbəblərdən biri-cəzalandırılmaq qorxusudur. Əslində yalanın mahiyyəti faktiki olaraq əhəmiyyətli deyil. Əsas deyilmiş yalanı dedizdirən səbəbdir. Dəqiq məlum olan odur ki, uşaq bilir ki etdiyi yalnış və söylədiyi yalana  görə ona mütləq cəza  veriləcək. Məlum olduğu kimi, hər bir ailə özünəməxsus tərbiyə yolunu seçir. Yalan danışmış uşağa cəza olaraq bəzi valideynlər qışqırsa da, bəziləri hətta əl də qaldırır, övladını vurur. Belə nəticələrdən qaçmaq üçün, uşaqlar öz günahını inkar edirlər. Bu bir növ özünümüdafiə adlanır.
Bəzi hallar olur ki, doğrunu sadəcə söyləyə bilmirlər. Məsələn;ana oğlundan-bacısına (qardaşına) qarşı nə hiss etdiyini soruşur. Cavab olaraq oğlan bacımı (qardaşımı) istəmirəm (hətta zəhləm gedir, nifrət edirəm və s kimi) söyləyir. Elə bu cavabdan sonra ana oğlunu uzun uzdı danlayır, bu hərəkətin səhv olduğunu deyir, hətta son olaraq  sen pis uşaqsan sözünü işlədir. Amma ana  fikirləşməyəcək ki, ola bilər ki, bu vəziyyəti onun özü yaratmışdır. Uşaqlar arasında ayri seçkilik qoyaraq, birinə digərindən çox nəvaziş göstərərək onların bu soyuq münasibətinə səbəb olur.

Əgər uşaq bacımı (qardaşımı) çox istəyirəm cavabını versə, anasının onu tərifləyəcəyini və hətta öpüb-qucaqlayacağını bilir. Məhz bu səbəbdən də uşaq yalan söyləyə və bu yalanına görə cəza almayacağını da çox yaxşı bilir. Uşaq  bu sözləri dediyi zaman kimsənin onu tənbeh etməyəcəyini bilir və bu yalanın özündə bir doğru axtarır. Lakin bu gələcək üçün bir fesad yaradır. Yəni,uşaq öz istədiyini deyil, ətrafdakılara xoş olan sözləri deməyə üstünlük verir ki, o bundada öz xeyrini güdür. Dolayısıyla dediyi yalanın faydasını düzgün danışmaqdan üstün tutur.

Valideynlərin nümunəsi -yalanın daha bir səbəbidir. Əgər uşaq görür ki, atayla ana bir-biri aldadırlar, bu vaxt  uşaq düşünməyə başlayır ki, bu həyatın normasıdır və belə də olmalıdır. Belə olan zaman o da sizin kimi hərəkət etməyə başlayacaq.

Uşağa yalan danışmağı tərgitmək istəyən valideyinlər nə etməlidirlər?
Birincisi, öz şəxsi davranış və hərəkətlərinizə nəzarət edin. Uşağın sizin xırda yalanınıza və söylənməmiş sözlərinzə şahid olmasına yol verməyin. Ona pis nümunə olmayın. O söylədiyi yalana görə cəza aldığı halda, sizin cəzasız qaldığınızı dərk etməyəcək, anlamayacaq hətta qəbul belə etməyəcəkdir. Gec-tez bu ona gətirib çıxaracaq ki, körpə elə məharətlə sizi aldatmağa başlayacaq ki, siz heç vaxt anlaya bilməyəcəksiniz, o nə vaxt həqiqəti deyir, ya da hansı sözlərində uydurmalara əl atir.

Çalışın ki, uşağı yalana təhrik edəcək hərəkətlərə yol verməyəsiniz. Bütün cavabları bildiyiniz halda onu sorğu-suala çəkməyin. Tamamilə təbiidir ki, körpə, özünü qorumaq üçün sizə yalan danışacaq. Uşaqlar onların yalanını üzə çıxaracaq ikibaşlı sorğu-sualları xoşlamırlar. Çünki nəticə etibarı ilə ya yalan söyləməli ya da məcburu boyunlarına  almalı olacaqlar. Siz sadəcə uşağa onun bu səhvini anladığınızı hiss etdirə bilərsiniz. Məsələn: uşaq bahalı oyuncağı sındırıb və onu gizlədib. Bir dəfə, təmizləmə zamanı ana təsadüfən ona rast gəlir. Ana bunu aydınlaşdırmaq üçün uşaqdan  soruşur: "Nəsə sən çoxdan öz parovozuyla oynamırsan? Haradadır o?". Uşaq oyuncağının harda olduğunu bilmədiyini söyləyir. Ana hirslənərək oğlunu yalançı adlandırır və yalançılara niftət etdiyini söyləyir. Nəticə etibarıyla uşaq təhqir olunur. Kənardan bu layiqli yanaşma kimi gorünə bilər-yalan danışdı, cəzasını aldı...

Ancaq tərbiyənin belə metodu gələcəkdə yalanın qarşısını ala bilməyəcək. Bu halda yanaşma tamamilə fərqli olmalı idi. Ana qışqırmadan, nə də körpəni ittiham etmədən, ondan soruşmalı idi: "oyuncağın sınıb? Təəssüf olsun, o çox gözəl və bahalı idi. Niyə sən bunu bize tez demədin? Bəlkə biz onu təmir edə bilərdik?". Belə yanaşma zamanı uşaq anlayacaq ki, o heç nəyi gizlətməməlidir. Siz onu anlayırsınız və o sizə inana, hər bir  xoşagəlməz hadisəni sizə danışaraq köməyinizə arxalana  bilər.

Əgər uşağınızın məktəbdə hər hansı bir problemi vardırsa və o bunu sizdən gizlətməyə çalışırsa, bu zaman onu danlamaq, üstünə qışqıraraq hər bir məsələni müəllimindən soruşduğunuzu, onun haqqında hər bir şeyi bildiyinizi deməməlisiniz. Daha yaxşı olardı ki, uşağa onun problemləri haqqında eşitdiyinizi və narahat olduğunuzu, ona kömək etmək istədiyinizi deyəsiniz. Ununutmayın, hələ bu zamana qədər heç vaxt qışqırıqlar və təhdidlər etibarın üzərindədə qələbə qazanmayıb!

Heç vaxt unutmayın ki, uşaq – sizin ən doğma adamınızdır və hər zaman sizin köməyinizə ehtiyac duyur !
Uşağa  etibar etdiyinizi ona hiss etməkdən çəkinməyin. Belə olunca uşaq sizi öz yalanıyla incitməyəcək. Ona öyrədin ki,nə olursa olsun hər zaman həqiqəti söyləmək lazımdır. Ona ətrada baş verən haqsızlıqlardan, bir-biri aldadan insanlardan, saxtakarların saxta pul əskinasları çap etməyindən, dələduzların insanları aldatmağından və bunun nə kimi yalnışlara yol açdığından danışın. Sonda onların hər biri öz laiqi cəzasını alır. Çünki  həmişə doğru, yaxşı qalib gəlir!

Uşağa ikimənalı suallar verməyin, bu tip suallara cavab tapmaq üçün siz özünüz uşağa yalan demək imkanını yaradırsınız. Alçaldıcı, təhqiramiz suallardan istifadə etməyın! Yad insanların yanında yalan söylədiyi üçün uşağı danlamayın. Belə olunca uşaq səhvini anlamaq yerinə sizə kin bəsləyəcəkdir!

Həqiqəti söylədiyinə və yalana əl atmadığına görə uşağı tərifləməyi, rəğbətləndirməyi, hətta mükafatlandırmağı belə özünüzə borc bilin. Uşaq gəlib həqiqəti sizə anlatdığı zaman ona qışqırmayın, onu cəza verməklə hədələməyin. Uşaq sizin ona hirslənə biləcəyinizi bilsədə doğrunu söyləmişdirsə bu rəğbətə layiq hərəkətdir. Özünüzü onun yerinə qoyun və öz davranışınız  haqqında  dərin fikirləşin.

Keçmişdə qalan  tərbiyə  metodikalarını dəyişdirməkdən çəkinməyın. Məsələyə hərtərəfdən yanaşmağa çalışın,qətiyyən kobud cəzaləra yol verməyin. Çünki cəza verərək əsla müsbət nəticə əldə etməyəcəksiniz.Bir məqsədə çatmaq istəyirsinizsə doğru yolda irəliləyin!...

İlk yalanını hiss etdiyiniz zaman onu tənbeh etməkdənsə ,onun üzünə baxaraq pis hərəkət etmiş olsanda  hər zaman doğrusunu anlat sözünü  deyin. Uşağınıza başa düşə biləcəyi dillə hər bir məsələni izah etməyə ,ona psixoloji təsir etməklə düz yola çəkin. Güclü ,ağıllı olmaq  hər bir uşağın arzusudur.Elə buna əsaslanaraq,bütün valideynlərə açar olacaq cümlə... "Yalanı ancaq zəyiflər danışar"...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri