Uşaq üçün kitab alarkən şriftin ölçüsünə (xırda tövsiyə edilmir) diqqət yetirin, illüstrasiyaların rənginə və sətirlərin (qısa olamsına) uzunluğuna fikir verin.
Oxuma zamanı növbəti şərtlərə riayət edilməlidir:
- işıq kitaba və ya dəftərə bərabər şəkildə düşməlidir. Ümumi işıqlandırma olmaqla yanaşı stolüstü lampayla oxumaq hamısından yaxşıdır. Oxu zamanı oxuma sahəsi əks etdirən səthli olmamalıdır;
- kitabla gözlərin arasında məsafə təxminən 30-35 sm olmalıdır. Oxuma zamanı oturuş çox əhəmiyyətlidir. Stulun arxasına söykənərək, bir az başı irəli əyib, ayaqları bütün pəncəylə döşəməyə və ya skamyaya söykənmək məcburidir;
- uşağın müstəqil şəkildə öz oturuşuna nəzarət etməyi öyrətmək əhəmiyyətlidir, valideynlər tərəfindən edilən xatırlatmalar və göstərişlər olmadan;
- uşağa uzanaraq oxumağa icazə verməyin. Bu vərdiş çox təhlükəlidir, çünki bu uşaq yaşında görməni lorlanayan amillərdən biridir.
- uşağa avtomobildə, hərəkət prossesində olan avtobusda oxumağa icazə verməyin.