Milli cizgi filmləri tərbiyələndirir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 979
Səs ver:
(səs: 0)
Uşaqlara milli dəyərlərimizi cizgi filmləri vasitəsilə aşılamaq daha asandır.

Psixoloqlar da deyir ki, milli tərbiyədə cizgi filmlərin rolu olduqca böyükdür. Amma təəssüf ki, bizdə milli cizgi filmləri barmaqla sayılacaq qədər azdır.
Artıq bağçaya gedən uşağa müəyyən məsələlərin aşılanması lazımdır. Globallaşan dünyada müsbət və ya mənfı çalarlara daha tez reaksiya verən, yaddaşında iz buraxan uşaqların doğru şəkildə tərbiyələndirilməsi, istiqamətləndirilməsi mühümdür. Yəni təkcə kompyuter oyunları ilə uşaqları mənfi vərdişlərdən uzaqlaşdırmaq və milli dəyərlərimizə sadiq şəkildə tərbiyə etmək çətindir. Uşaqlarla bağlı filmlərin, cizgi və animasiya filmlərinin çəkilməsinə ehtiyac var. Və heç kimə sirr deyil ki, uşaqların böyük hissəsi komyuterdə qoyulan xarici cizgi filmləri ilə böyüyürlər. Bəs, niyə cizgi filmlərimiz çox azdır?
Son illər televiziya kanalları da cizgi filmlərin çəkilişləri istiqamətində addımlar atır. Lakin cizgi filmi istehsalı ağır proses olduğundan ərsəyə gələn filmlər yetərincə deyil. Bu boşluqda isə isə özəl kanallar xarici cizgi filmlərinə üstünlük verirlər. Mütəxəssislər bildirir ki, bütün hallarda yerli telekanallarımız milli cizgi filmi almaqda maraqlı olmalıdır.
Psixoloqlar onu da deyir ki, uşaqların xarici cizgi filmi ilə böyüməsi onların psixologiyasına da ciddi təsir göstərir. Və bu uşaqlar milli ənənələrlə yox, zərərlı vərdişlərin təsiri altında böyüyürlər. Bu da gələcəkdə ailədə övlad-valideyn konfliktinə səbəb olur.
Yerli özəl TV-lərdə uşaq verilişlərinə az yer ayrılması problemi daha da qabardır. Və uşaqların internetdə, xarici kanallarda cizgi film sorağına çıxmağına yol açır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri