Uşaqlarınıza qarşı sərt olmayın

Şərhlər: 5
Baxılıb: 2 849
Səs ver:
(səs: 2)
Yəqin ki, çoxlarınız: "Bu uşaq mənim sözümə niyə qulaq asmır?” və ya: "Bu uşaq mənim dediklərimi niyə eşitmir?”-deyə fikirləşmisiniz. Ancaq unutmamalıyıq ki, bəzən uşaqlarımızın dediklərimi eşitməməsi normal bir haldır və burada uşağın heç bir pis niyyəti yoxdur.

Əgər valideyn və uşaq arasında normal ünsiyyət varsa və ailə daxilində gərginlik yoxdursa, yuxarıda qeyd etdiyim hallardan söhbət gedə bilməz. Ancaq bütün bunlara baxmayaraq, uşağınız sözümüzə qulaq asmırsa, bu onun bizim nə demək istədiyimizi başa düşməsindən irəli gələ bilər.

Xüsuilə də, əgər uşağınız yaşı azdırsa, ondan nə istədiyinizi aydın bir dillə izah etməli, mümkün qədər sadə cümlələrdən istifadə etməlisiniz. 

Tutaq ki, uşağınıza otağını yığışdırmağı tapşırmısınız. Uşağınız otağını yığışdırdıqdan sonra otağa baxırsınız. Yatağının və oturacağının altındakı oyuncaqlar olduğu kimi orda qalıb. Hətta bəzi oyuncaqların otağın bir küncündə yığıldığını, bəzilərinin isə yatağın üstündə atıldığını müşahidə edirsiniz. Və uşağınız gülümsəyərək sizdən "otağım necədir?”-deyə soruşur. Bu vəziyyətdə siz uşağınızdan "otağını yığışdırdınmı?”-deyə soruşsanız, yəqin ki, o sizə "hə” cavab verəcək. Üstəlik sizdən xoş sözlər gözləyəcək. Əslində uşağınız doğurdan da, otağını yığışdırmış sadəcə olaraq, oyuncaqları lazım olduğu yerə qoymamışdır. Bu da uşağın ilk növbədə sizin ondan nə istədiyinizi başa düşməməsindən irəli gəlir. Əgər siz ona oyuncaqları oyuncaq səbətinə yığmağı tapşırsaydınız, başqa sölə, hər şeyi onun başa düşəcəyi bir şəkildə izah etsəydiniz, yəqin ki, o işini siz istədiyiniz kimi görərdi.

Bəzən uşaqlar nə demək istədiyimizi yaxşı başa düşürlər. Ancaq danışıq tərzimizdən və ya səs tonumuzdan "narahat olduqları” üçün dediklərimizi eşitmək istəmirlər. Halbuki biz onlara qarşı nə qədər sərt olsaq, onlar da bizə qarşı o qədrə sərt olarlar. Buna görə də uşaqlara qarşı daha diqqətli olmaq və daha yumşaq səs tonu ilə danışmaq onlarla daha raha hərəkət etməyə imkan verər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri