Yaxşı uşaq tərbiyə etməyin 6 qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 333
Səs ver:
(səs: 2)
1. Mən sənin dostun deyiləm.
Bildiyiniz kimi, bütün psixoloqlar uşaqlarınıza dost kimi davranmağı məsləhət görür. Lakin bu münasibət yalnız onlarla oyun oynadığınız, birgə vaxt keçirdiyiniz, söhbət etdiyiniz zaman olmalıdır. Digər vaxtlarda isə uşağınız sizə bir valideyn kimi hörmət qoymalıdır.

2. Öz-özünə oynamağı öyrənməlidir.
Uşağınızın özüylə vaxt keçirməsinə icazə verməlisiniz. Onun müəyyən zaman ərzində öz-özünə oynamasına şərait yaradın.

3. Uşaqlarınızı görməzlikdən gəlməyin.
Nə qədər böyük qərar verirsinizsə verin hər zaman uşaqlarınızı da bu prosesə daxil edin. Bununla onların bir şəxsiyyət kimi inkişafına şərait yaratmış olarsınız.

4. "Çünki mən belə istəyirəm” deməyin.
Uşağınıza qadağalar qoyduğunuz zaman bunun səbəblərini açıqlamalısınız. Məsələn, niyə bayıra çıxmağa icazə vermədiyinizi, dostuyla niyə oynaya bilməyəcəyini və niyə yatmalı olduğunu ona məntiqli səbəblərlə izah etməli, "mən belə istəyirəm ona görə” deməməlisiniz.

5. Sən sus!
Bu cümləni leksikanızdan çıxardın və uşağınız bir mövzuda fikir bildirmək istəyəndə buna icazə verin.

6. Ağlamağına icazə verin.
Uşağınız ağlamaqla hər istədiyini elətdirə biləcəyini düşünsə, bütün nəzarət onun əlinə keçəcək deməkdir. Buna görə də ağlamağına icazə verin və ağlayır deyə hər istədiyini etməyin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri