Nəticədə
ev tapşırıqlarının həcmi böyükdür. Bundan əlavə, uşaqlarımızı idman
klublarına, musiqi və ya incəsənət məktəbinə, müxtəlif dərnəklərə
göndərmək istəyimiz təbiidir. Və…günün mənzərəsi belədir: Uşaqlar hər
şeyi çatdırmaq üçün daim tələsirlər, maraq və təhsildən ayrı vaxt
yoxdur!
Digər
bir problem müəllim və valideynlərin şagirdlərə psixoloji təzyiqidir.
Valideynin qiymət, idman və musiqi məktəbində müvəffəqiyyət və s. ilə
bağlı şişirdilmiş iddiaları uşaqda stresə səbəb olur.
Uşaqlarda həddən artıq gərginliyin 5 əlaməti.
• Uşaq diqqəti cəmləyə bilmir. Müəllimlər onun sakit oturmamasından, dərsə qulaq asmamasından şikayət edir.
• Axşam yuxuya getməkdə çətinlik çəkir, gündüz isə yuxulu olur.
•
İştahı pis olur, arıqlayır. (Məsələn, statistikaya görə Moskvada
birinci rübün axırında ibtidai sinif şagirdlərinin 60%-nin çəkisi
azalır)
•
Gərginlik nəticəsində ibtidai sinif şagirdləri həyəcanlı, yeniyetmələr
isə əsəbi, kobud olurlar, əhval ruhiyyələri te-tez dəyişir.
• Uşaqda tez-tez başağrısı olur, bəzən qan təzyiqi qalxır (xüsusilə qızlarda).
Əgər
bu simptomlardan hansısa 1-2 həftədən sonra keçmirsə, həkimə müraciət
etmək lazımdır. (Yorğunluq hansısa xəstəliyin də əlaməti ola bilər).
Xroniki yüklənmə uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Zehni
yorğunluq orqanizmin uyğunlaşmaq qabiliyyətini və immuniteti zəiflədir.
Nəticədə uşaqlar tez-tez xəstələnir. Daha çox nəfəs yolları, həzm
sistemi xəstəliklərinə (ikinci yerdə ürək-damar, üçüncü əsəb sistemi
xəstəlikləridir) tutulurlar.
Valideynlər evdə nə edə bilər?
Məktəbdə
keçirilən dərslərin həcminə, müəllimin dərsi keçmə tərzinə təsir edə
bilməsək də, biz valideynlər evdə uşağa nəzarət edə bilərik. Bəzi
şeyləri bilmək vacibdir:
Uşaq
kompüterin qarşısında mümkün qədər az oturmalıdır.Yeniyetmələr
kompüterlə ən çoxu saat yarım işləməlidir (hər yarım saatdan bir 10
dəqiqəlik fasilə verməklə). 8 yaşa kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7
yaşdan aşağı uşaqlar cəmi 20 dəqiqə istifadə edə bilər.
Övladınıza
sevdiyi şeylərlə maraqlanmağa imkan verin. Bəzən biz valideynlər öz
uşaqlıq arzularımızı uşağa sırıyır, onu musiqiyə, ya da idmana
yönəldirik. Uşaq isə bunu istəmədiyini deməyə çəkinir, nəticədə
gərginlik artır. Uşaqla söhbət edin, bəlkə o, məsələn, toxuculuqla
məşğul olmaq istəyir? Adam sevdiyi işi görəndə dincəlir, gərginlik
azalır. (Bütün hallarda uşaq ən geci axşam saat 7-dən evdə olmalıdır ki,
dincəlməyə vaxt qalsın)
Rejimə riayət etmək—vaxtında oyanmaq, yemək, yatmaq vacibdir. Uşaq gündə azı 8-9 saat yatmalıdır.
Uşağa yardım etməyə həmişə hazır olun, onu həvəsləndirin, uğurlarına sevinin, uğursuzluğa görə cəzalandırmayın.
Uşaq
idmanla məşğul olmursa, onu arada piknikə, gəzintiyə aparın, oynayın.
Fiziki hərəkət, fərqli məşğuliyyət uşaqların əsəb sisteminə müsbət təsir
edir.
Uşağın
qidalanmasına diqqət edin. Zülal (yağsız ət, balıq, kəsmik),
karbohidratlar (yarma, çörək), vitaminlər (meyvə, tərəvəz, giləmeyvələr)
vacibdir.