Bu uşaqlar ərköyündür

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 594
Səs ver:
(səs: 0)
Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını toplamaya, öz ayaqqabılarını yığışdırmağa başlaması lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.

Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaq edə biləcək davranışlarda ola bilər.

Paylaşma fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Ərköyün uşaqlar paylaşmaz.

Valideynlər, ya da baxıcı uşaq üçün bir nüfuzlu fiqurudur və onun dediklərinə uyğun gəlmək məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa, bu, ümumiyyətlə belə olar.

Heç bir uşaq "xeyr" sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi onun ərköyün bir uşaq olduğunu göstərər.

Bir uşaq 4 yaşına gəldiyində tək başına oyun oynaya bilməli, ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası, ya da atasıyla oyun oynamaq istəməsi, ola bilər onun maraq ehtiyacından qaynaqlanır.

Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər və s. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri