Turab Canbaxışov: “Doğulandan bir ay sonra dərisi soyulmağa başlayır”

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 3 419
Səs ver:
(səs: 0)
Bütün dövrlərdə ölkəmizdə qohum evliliyinə daha çox üstünlük verilib. Əksər hallarda da yaxın qohumlar övladlarını yada yox, məhz öz qohumuna verməyi üstün tuturlar. Bunun bir çox psixoloji və sosial səbəbləri var, amma qohum evliliyi həminnikahlardan doğulacaq uşaqlarda ciddi sağlamlıq problemləri yaradır.

Qadınla.com Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun bununla bağlı məlumatlarını diqqətinizə çatdırır.Ginekoloq bildirir ki, qohum evliliyi Azərbaycanda çox aktual bir mövzudur:
“Bəzi rayonlarda, hətta bəzi şəhərlərdə evliliklər istər-istəməz uzaq da olsa qohumluğa səbəb ola bilər. Ancaq burada daha çox problem olaraq qohumluq nikahından söz getmir. Buradasöhbət Azərbaycanda insanların bəzi xəstəliklərin daşıyıcısı olmalarından gedir. Daha çox rast gəlinən talassemiya, əzələ xəstəlikləri(SMA), ailəvi aralıq qızdırması (FMF) və s. Talassemiya xəstəliyi daha çox qan azlığınasəbəb olur. O, xəstəlik kimi də özünü büruzə verə bilər, gizli qalıb övladına da keçə bilər. Buzaman qan çox aşağı olur və ona sümük iliyinin transplantasiyası, yaxud daimiqan köçürülməsi həyata keçirilir. Bu, çox ağır xəstəlikdir. Nikahda olan insanların daşıyıcılığı varsa, özləri sağlam olsalar belə, övladlarına keçə bilər. O cümlədən bəzi dəri xəstəlikləri var. Misal üçün ixtiozis. Son bir il ərzində biz üç uşağa dəri xəstəliyinin diaqnozunu qoymuşuq. Anada da, atada dabir problem yoxdur, amma uşaq doğulur, bir ay sonra başlayır bütün dərisi pul-pul olmağa, soyulmağa”.Həkimin sözlərinə görə, ürək qüsurları qohum nikahlarında daha çox ortaya çıxır: “Bizim orqanlarımız içərisində ən mürəkkəb quruluşa malik orqan ürəkdir. Biz qohum nikahından onun üçün qorxuruq ki, qohumlarda adətən müəyyən xəstəliklərin daşıyıcılığı olur. Yəni qohum o deməkdir ki, onların kökü bir yerə gedib çıxır. Onun kökündəbir xəstəlik mövcuddursa, bu odeməkdir ki, cütlüyün hər ikisində də xəstəliyin daşıyıcılığı var. Bu xəstəliyin də daşıyıcılığı varsa, uşaqlarında ortaya çıxma ehtimalı yüksəlir”.O qeyd edir ki, son illər respublika üzrə nikahdan əvvəl talassemiyadan analiz verilir: “Bu hal talassemiyanınqarşısını tamamilə alır deməsək də, ən azından diaqnozunu zamanında qoya bilirik. Yəni iki talassemiya daşıyıcısı olan cütlük bir arayagəlirsə, o demək deyil ki, onlarmütləq ayrılmalıdır. Onun da çarəsi var. Hamiləliyin 4-cü ayında müəyyən testlər olunurvə dölün xəstə olub-olmadığınımüəyyən edərək, hamiləliyin davam etdirilib-etdirilməməsinə qərar verə bilirik”.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri