Yeni doğulmuş övladınızda bu əlamətlər varsa... - Mütləq topuq testi etdirin

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 045
Səs ver:
(səs: 0)
Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.
Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir.

Qadınla.Com bildirir ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə vəəqli inkişafı təmin edən hormondur:
"Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir.
Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən "topuq testi" adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir".

Mütəxəssis yeni doğulmuşlarda hipotiroidin hansı əlamətlərlə müşahidə edildiyini açıqlayıb:

- İri çəki ilə doğulma
- Uzanmış sarılıq
- Arxa əmgəyin böyük olması və gec bağlanması
- Böyük dil
- Qəbizlik
- Kobud səsli ağlama
- Dəri quruluğu
- Hipotermi (bədən hərarətinin aşağı olması)
- Əmmədə çətinlik
- Nevroloji inkişaf geriliyi və s.
Bu səbəbdən körpələrdə bu şikayətlər olarsa, qanda qalxanabənzər hormonun səviyyəsi yoxlamaq üçün körpənin topuğundan bir neçə damcı qan götürülür və analiz edilir.
Analiz nəticəsində anadangəlmə hipotireoz (qalxanabənzər vəzininhormonlarının çatışmazlığı) aşkar olunarsa, uşağa dərhal hormonal müalicə təyin olunur.
Uşağın orqanizmi çatışmayan hormonları almağa başlayır və bu da onun normal inkişafını təmin edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri