Yayda uşağınıza bunları əsla etməyin!

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 1 480
Səs ver:
(səs: 0)
Yay mövsümü ailəvi istirahət və gəzintilər üçün əvəzedilməzdir. Azyaşlı uşaqları olan valideynlər isə, bu qızmar yay günlərində övladlarını küçədə istidən qorumaq üçün hər yola əl atırlar.

“Qadinla.com” körpənizi isti günlərdə gəzintiyə çıxardanda qətiyyən etməməniz gərəkən məqamları diqqətinizə çatdırır:

Çox vaxt analar gəzinti zamanı uşaq arabasınının üzərinə tənzif və ya digər yumşaq və yüngül parça örtürlər ki, körpələrini gün yandırmasın. Əslində isə, bunu etmək olmaz!

Çünki bu arabanın içərisindəki temperaturun düşməsinə yox, artmasına səbəb olur. Nəticədə uşaq nəfəs almaqda çətinlik çəkir.

Araşdırmalar nəticəsində sübut olunub ki, tənziflə örtülmüş uşaq arabasında temperatur 34 °C olduğu halda, açıq arabada 22 °C olur. Odur ki, arabanı tənzif və ya digər materialdan olan parça ilə örtmək qətiyyən olmaz

Azyaşlı uşaqları istidən qorumaq üçün bir neçə məsləhət:

Övladlarınıza yay aylarında təbii parçadan və açıq rəngli geyimlər alın;

Ayaqqabı yumşaq olmalı və ayağını sıxmamalıdır;

Mütləq, baş örtüyü geyindirin;

Özünüzlə gəzintiyə sərin yaşıl çay və ya su götürün.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri