Uşaqlar alət çala bilərmi? Musiqi təhsilini kiçik yaşda almağın faydası varmı? Uşaqlar neçə yaşına gəldiyi zaman musiqi aləti çala bilər?
Qadinla.com xəbər verir ki, məktəb və məktəbəqədər dövrdə təhsil verən musiqi müəllimləri, uşaqları musiqiyə olan marağını artırmaq və onunla məşğul olması üçün ən ideal yaşın 0-5 yaş arası olduğunu müdafiə edir.
Bu yaş aralarında verilən ardıcıl təhsil, uşaqların tonal və bədii fərqindəliklərinin müsbət istiqamətdə inkişaf etməsini təmin edir. Beləliklə uşaq sonrakı dövrlərdə alət çalmaq istəsə ön hazırlığı edilmiş olur.
HANSI YAŞLARDA MUSİQİ ALƏTLƏRİ ÇALINA BİLƏR?
Məktəbəqədər dövrdə zərb musiqi alətlərinin musiqi təhsili məsələsində mühüm rolunun olduğunu deyən musiqi müəllimləri, eyni zamanda dəf və marakas kimi müxtəlif musiqi alətlərinin istifadə edilə bildirib. Musiqi aləti çalmaq üçün mühüm addım olan əsas solfecio təhsilində uşaqların əl bacarığı əlaqələndiricilərinin inkişaf etmiş olmaları və barmaqlarını rahatlıqla açan yaşlara gəlməsi vacibdir.
Fortepiano, skripka, fleyta janrındakı musiqi alətlərini çalmağa başlamaq üçün uşaqların 5-7 yaş aralığına gəlməsi lazım olduğu bildirilir. Həmçinin kiçik yaşlarda musiqi ilə tanış olan uşaqların digərlərinə nisbətən daha sosial və bacarıqlı olduğu görünür.