Yeni ildə uşaqlara nə hədiyyə etməli?

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 251
Səs ver:
(səs: 1)
Uşaqlar üçün Yeni il ilk növbədə küknar ağacının altına qoyulmuş sürpriz hədiyyələr deməkdir. Balaca uşaqlar elə bilirlər ki, onlara hədiyyələri Santa Claus gətirir, nisbətən böyüklər isə anlayırlar ki, hədiyyələri valideynləri hazırlayıb. Amma bütün bunları kənara qoyaq. Uşaqlar Yeni ildə bütün il boyu arzuladıqları hədiyyəni almaq istəyirlər. Uşaqlarına doğru hədiyyəni almaq üçün sənə kömək edirik.

Yeni ildə oğlan uşaqlarına nə hədiyyə etməli?

5-7 yaşlı oğlan uşaqları
– onlar üçün küknar ağacının altından elektrikli qatar, yarış maşını və ya motosiklet, oyun maşını, su tapancası və t.ya tüfəng tapmaq həzzverici olacaq. Bu yaşlarda uşaqlar özlərini əsl kişi kimi hiss etmək istəyirlər. Buna görə də onlara oyuncaq təmir dəsti də ala bilərsən. Eyni zamanda da onlar üçün alacağın ucuz və sevimli hədiyyələr sırasında cizgi film qəhrəmanlarının pazlı, stolüstü oyun da ola bilər. İstənilən bu yaşlı oğlan uşaqları məktəb öncəsi teleskop və durbin hədiyyələrinə də sevinə bilirlər.

8-10 yaşlı oğlan uşaqları – onlar üçün bu yaşda Yeni ildə pultlu təyyarə, vertolyot, qayıq və ya maşın yaxşı hədiyyə ola bilər. Eyni zamanda onlara Yeni ildə kartondan düzəldilmiş qəsr və qalalar maraqlı gələcək. 8-10 yaşlı oğlan uşaqları üçün tərzli elektron saat belə çox yerinə düşər.

11-13 yaşlı oğlan uşaqları – onlar üçün isə küknar ağacının altından küçədə pultla idarə olunan vertolyot və ya maşın, proqramlaşdırılmış robot və ya interaktiv oyuncaq tapmaq sürpriz olar. Kimya ilə maraqlanan balaca kimyaçılar isə miniatür amma real mikroskop hədiyyəsinə çox sevinərlər.

Qız uşaqlarına Yeni ildə nə hədiyyə etməli?
6-7 yaşlı qız uşaqları – Yeni ildə oyuncaq velosiped və ya pultla idarə olunan skuter hədiyyə alsalar sevinərlər. Digər sevimli hədiyyələri isə oyuncaq çarpayı ilə birlikdə xoşladıqları gəlincikdir.

8-10 yaşlı qız uşaqları – bu yaşlı qız uşaqlarına isə Yeni ildə miniatür mətbəx əşyaları, taxtadan mebellər hədiyyə olunmalıdır. Çünki onlar hər nə qədər gəlinciklə oynasalar da özlərini böyük qız kimi hiss etmək istəyirlər.

11-13 yaşlı qız uşaqları – onlar isə Yeni ildə küknar ağacının altından toxuma, tikiş dəsti tapsalar bu, onlar üçün sürpriz olar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri