Uşaqlar niyə dırnaqlarını yeyir? - Səbəblər

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 3 345
Səs ver:
(səs: 1)
Yeniyetmələrdə qayğı, stress, depressiya dırnaq yemə vərdişinin formalaşmasına səbəb ola bilər. Bu hal uşaqlarda daha fərqli səbəblərdən də yarana bilər. Demək olar ki, ailələrin çoxunda uşaq dırnağını yeyir. Bəs, bunun səbəbləri haqqında heç düşündünüzmü?
Qadınla.Com xəbər verir ki, böyüklərdə olduğu kimi uşaqlarda da stress, depressiya müşahidə edilir.

Mütəxəssislərin bildirdiyinə görə, dırnaq yeyən uşaqlar əsasən psixoloji gərginlik keçirərək bu vərdişə tutulurlar.

Ailədə baş verən şiddətli mübahisələr, boşanmalar, qohumlardan birini itirmə, məktəbdə yaşanan sıxıntılar uşağınızı gərginliyə salır. Uşaq da bu hallara dırnaqlarını yeyərək reaksiya göstərə bilir.

Böyümək çox çətin və həyəcanlı prosesdir. Bəzən böyüklər fikirləşirlər ki, uşaqların heç bir problemi olmur və ya onların tək problemi səhər yataqdan durub bağçaya, ya da məktəbə getməkdir. Əslində bu tamamilə yanlış fikirdir.

Övladınız ilə danışaraq problemlərini öyrənə və nədən qorxduqlarını soruşa bilərsiniz. Əgər dırnaq yeməyə nəyin səbəb olduğu ilə bağlı ehtimalınız varsa, bu vəziyyətin ən qısa zamanda keçəcəyini və ya öhdəsindən necə gələcəyi haqda danışa bilərsiz.

Müəyyən sədlər çəkərək bu vərdişdən yaxa qurtarmaq mümkündür. Uşaqlarınızı cəzalandırmaq əvəzinə onlara qulaq verin və məsələnin nə olduğunu öyrənin.

Əgər övladınızın problemlərini həll etməkdə çətinlik çəkirsinizsə, mütləq psixoloqdan məsləhət alın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri