Uşağınıza ev tapşırığını sevdirin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 784
Səs ver:
(səs: 0)
Əziz valideynlər, uşağınıza ev tapşırığını sevdirmək sizin əlinizdədir.
Reem Nevroloji Mərkəzinin mütəxəssisi Məmməd Yavuza görə, dərs öyrənmək yalnız məktəblə məhdud olmamalı, məktəbdən kənar vaxtlarda da bunun təşkil edilməsi və nəzarət edilməsi  lazımdır. Məktəb xaricində öyrənmək müddəti şagirdlərin öyrəndiklərini yadda saxlaması baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, uşağa müstəqil surətdə tapşırıqla məşğul olmağı sevdirmək lazımdır. Tapşırıqların başlıca məqsədi uşağın məktəbdə öyrəndiyini valideynlərin nəzarəti altında evdə yenidən təkrarlamasıdır. Beləliklə, uşaq davamlı olaraq artan məlumatların üzərində  işləyərək öz düşüncə formasını yarada bilər. Uşaqların tapşırıq etmə şərtləri öz fərdi seçimləri istiqamətində təşkil edilməlidir.
Bu imkanları uşaqlar üçün təmin edin:
- Uşağın dərs hazırlayacağı otaq işıqlı və səs-küydən uzaq olmalıdır.
- Uşaqlar dərsə hazırlaşacaqları və ya tapşırıqları yerinə yetirəcəkləri yerlə təmin edilməlidir.
- İş otağında televiziya kimi diqqəti cəlb edən əşya və ya cihazlar olmamalıdır.
- Otaq istiliyini 23 dərəcəyə nizamlamaq dərsə hazırlaşmaq üçün uyğun bir mühit yaradacaq. Çünki daha isti, ya da soyuq mühitdə uşaqlar dərsi çətin qavrayır.
 - Uşağın tapşırıqları yerinə yetirmə vərdişini şüurlu bir şəkildə qavrayıb, davamlılığının təmin edilməsi üçün prioritetli olaraq uşağa bunu nə qədər vacib olduğu onun anlaya biləcəyi bir dillə başa salınmalıdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri