Uşaqların inkişafında oyunların rolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 017
Səs ver:
(səs: 0)
Oyunun uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında rolu böyükdür. Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir.

Uşağın stressi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün "çıxış yolu” da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər.

Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkişafını sürətləndirməsidir. Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stressdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər.

Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar.

Ata-analar da uşaqları ilə oyun oynayaraq aralarındakı ünsiyyəti möhkəmləndirməlidirlər.

Oyuncaq seçiminə gəldikdə isə onlar uşağın yaşına uyğun olmalıdır. Bundan ötrü oyuncağı aldıqdan sonra istifadə qaydalarını çox diqqətlə oxuyun. Sınıb-dağılmış oyuncaqları saxlamayın. Oyuncaqları tez-tez təmizləyin. Üzərində "CE” işarəsi olmayan oyuncaqları almayın. Bəzən orijinal olmayan oyuncaqların üzərində də "CE” işarəsinin olduğunu unutmayın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri