Valideynlərin 7 ziyanlı vərdişi

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 2 463
Səs ver:
(səs: 2)
Ailədə psixoloji ab-havaya bir çox amillər təsir edir.
Psixoloqlar müasir valideynlərin əksəriyyətinin meyil etdikləri və ailə səadətinə zərbə vuran bir neçə zərərli vərdişləri qeyd ediblər. Bəlkə də onların hamısını, ya heç olmazsa, bir neçəsini tərgitməklə özünüzün və uşaqlarınızın daha çox xoşbəxt olmasına şərait yarada bilərsiniz.

1. Başqa valideynləri mühakimə etmək vərdişi.
Yəqin ki, əksəriyyətimiz hansısa ananın parkda uşağına qışqırmasını və ya onu fəstfutla qidalandırmasını görərkən düşünürük: "Necə fərsiz anadır? Heç belə də iş olar?" Əslində, hər birimiz həyatımızın müəyyən anlarında düzgün və ya səhv qərar qəbul edə bilərik. Bundan başqa, kimisə ittiham etmək, hətta haqlı olsan belə, həmişə doğru yol sayılmır.

2. Özünü pis valideyn saymaq vərdişi.
Heç kəs ideal deyil, lakin öz qüsurlarınız haqqında danışmaq, ələlxüsus da uşaqların yanında yolverilməzdir. Uşaq təhlükəsizlik hissinə möhtacdır, o, daima ata və anasının dünyada hər kəsdən yaxşı olduğunu düşünmək istəyir.

Hətta əgər hansısa an özünüz buna şübhə etsəniz belə, övladınızın bundan şübhə duymasına əsla yol verməyin! Hər şeydən əvvəl özünüzə qarşı lütfkar olun, yalnız bu yolla ailənizin və ətrafınızın qayğısına xeyirxahlıqla qala bilərsiniz.

3. Daima əlaqədə olmaq vərdişi.
Əgər istirahət günləri kafelərin yay artırmalarına fikir versəniz, yəqin ki, camaatın içində oturub telefon və ya planşetinə "qərq olan" insanları görərsiniz. Onların xüsusilə də guya uşaqları ilə vaxt keçirməyə gələn valideynlər olması kədər doğurur. İstirahət günlərinizdə telefon zəngləri və məktublara cavab verməyə borclu deyilsiniz, ümumiyyətlə telefonsuz və internetsiz də keçinə bilərsiniz. Heç olmasa, bircə dəfə sınayın və ailənizlə keçirdiyiniz vaxtın necə dəyərli olduğunu özünüz görəcəksiniz.

4. Uşaqlar üçün əziz olan kəsləri "çamura bulaşdırmaq" vərdişi.
Ola bilsin ki, hansısa yaxınınız və ya qohumunuz sizin xoşunuza gəlmir. Ancaq əgər həmin insan və onunla ünsiyyət uşağın xoşuna gəlirsə, körpəni o adama qarşı yükləməyin. Qoyun körpə öz uşaqlığından həzz alsın, onu böyüklərin oyunlarına qatmayın.

5. Hər şeyi nəzarətdə saxlamaq vərdişi.
Heç bir valideyn istəməz ki, övladı fiziki və ya psixoloji əziyyət çəksin, odur ki, onu qorumaq üçün hər bir vəchlə çarpışıb vuruşur. Ancaq bəzən bu müdafiə total nəzarətə çevrilir. Uşaq isə tez, ya gec bu nəzarətdən qurtulmağa can atır. İmkan verin uşaq (müəyyən hüdudlar daxilində) səhv də etsin, ona inkişaf üçün şərait yaradın, sanki yanındaymışsınız kimi müşahidə edin. Ancaq unutmayın ki, siz nəzarətçi deyilsiniz, o isə müttəhim.

6. Uşağın hər bir hərəkətinə göz yummaq vərdişi.
Əlbəttə, uşağı yeni oyuncaqlarla, dondurma və s. ilə sevindirməyi hər kəs istəyər, xüsusilə, buna imkan varsa... Ancaq hər bir uşaq məhdudiyyət tanımalıdır, heç olmasa, hərdən bir uşağa "yox" demək lazımdır. Əks halda siz tezliklə "səxavətinizlə" ərköyünləşdirdiyiniz uşağın sərhədsiz tələbləri ilə üz-üzə qalmaq riskindəsiniz.

7. Öz hisslərinizi gizlətmək vərdişi.
Bu, daha çox atalara aiddir. "Mən səni sevirəm" – cəmi üç qısa sözdür, ancaq uşaq üçün (əslində, elə hər kəs üçün – tərc.) dünyalara dəyən və bəzən eşitməyə çox ehtiyac duyduğumuz əhəmiyyətli bir cümlədir. Onu dilə gətirmək üçün xüsusi bir məqam gözləməyə ehtiyac yoxdur.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri