Döş əmmək istəməyən körpələrlə necə davranılmalı?

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 5 575
Səs ver:
(səs: 0)
Ana südü körpələr üçün ən əhəmiyyətli qidadır, yalnız doyurucu olması ya da qida dəyərləri baxımından deyil körpənin təbii immuniteti və əqli vəziyyəti üçün də çox əhəmiyyətlidir. Bütün bunlara baxmayaraq körpələr bəzən məmə əmmək istəməzlər. İndi sizlərlə körpənin niyə əmmək istəmədiyini və döşü rədd edən körpə üçün edəcəklərinizi paylaşıram.

Körpəniz döşü nə səbəbə Rədd edər?

*Körpənin bir xəstəliyi ya da ağrısı olması(vakuum və ya forseps ağrıya səbəb ola bilər)

*Doğum əsnasında ya da anaya verilən dərmanlar (körpədə yuxu gətirərək əmməyə maneə ola bilər)

*B0öyük uşaqlarda diş çıxarma

*Körpədə burun tıxanıqlığının olması

*Əmizdirmə texnikası ilə əlaqədar səhvlər ola bilər. Məsələn;

-Əmziklə bəslənmək, əmzik istifadə etmək

-Məməni pis mövqedə tutma, körpənin pis dəstəklənilməsi, körpənin başından itələnilir olması

-Tıxalı döş ucu, çox süd toplandıqda

-Ananın körpəsini müəyyən saatlarda əmizdirməyə məcbur etməsi

-Ananın işə başlaması

-Yeni bir baxıcının gəlməsi, tez-tez baxıcı dəyişdirmə

-Ev nizamında dəyişiklik(səyahət, başqa bir evə daşınma)

-Anada xəstəlik və ya sinə iltihabı

-Ananın qoxusunda dəyişiklik(sabun, ətir dəyişikliyi)


Əmmək istəməyən körpə üçün nələr edilə bilər?

Körpənin döşü niyə rədd etdiyi təsbit edilib, lazımlı tədbir alındığında körpə təkrar əmməyə başlayacaq.

Körpəni əmməyə məcbur etməyin, körpənin ağızına süd sağın.

Doğru mövqe verin və ya mövqeni dəyişdirin.

Körpənin başının arxasından basdırmayın.

Döşü yelləməyin.

Təkrar əmənə qədər stəkanla ya da qaşıqla bəsləyin.

Əmzik istifadə etməyin .

Körpəni tez-tez qucaqlayıb, oxşayın, lazım olsa birlikdə yatın.

Hər istədiyində süd verin .

Kofein ehtiva edən içkilər, kola körpəni narahat edə bilər.

Həkimlə məsləhətləşmədən dərman istifadə etməyin. (Ananın istifadə etdiyi dərmanlarla bağlı da körpə məməni rədd edə bilər)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri