Uşağa baxımla bağlı ən yayılmış yanılmalar

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 664
Səs ver:
(səs: 1)
İnsanlar arasında uşağa baxımla bağlı olan bir çox səhv fikirlər yayılmaqdadır.

Bu yanılmalar nəsildən nəslə ötürülür və insanlar onlara hətta indi də inanmağa davam edir.

1. Zəif işıqda oxuyan uşağın görməsi zəifləyir.
Bunu bütün valideynlər uşaqlarına deyir. Lakin... Amerika Oftalmologiya Akademiyası sübut edir ki, zəif işıqda kitab oxuma insanın gözlərini korlanmır.

2. Qışda papaqsız gəzəndə meningit ola bilər.
Bu qəti şəkildə səhv fikirdir. Meningit infeksion xəstəlikdir və əksər hallarda onun səbəbi meninqokokk mikrobudur. Bu səbəbdən bu xəstəliyə tutulması soyuq havada papağın taxıb-taxmaması ilə bağlı deyil. Təbii ki, soyuqlama müxtəlif xəstəliklərin və, o cümlədən, meningitin risk faktoru sayıla bilər. Lakin beyin qişalarının iltihabının soyuqlama ilə bilavasitə əlaqəsi aşkar olunmayıb.

Maraqlı fakt - isti Afrika ölkələrində meningit xəstəliyinə soyuq ölkələrlə müqayisədə daha tez-tez təsadüf edilir.

3. Soyuq havada uşağın ağzını və burnunun isti şərflə örtmək lazımdır ki, uşaq soyuq hava udmasın və xəstələnməsin.
Bu tam yanlış fikirdir. Birincisi - çox soyuq və çox küləkli havada uşaqla çöldə gəzmək tövsiyə edilmir. İkincisi - bütün digər hallarda uşağın burnu onu soyuq havadan etibarlı şəkildə qoruyur. Burunda hava isinir və həmçinin təmizlənir. Orqanizmin mühüm müdafiə səddi olan selikli qişalar orqanizmə düşən mikrobları, virusları və s. tutur və zərərsizləşdirir. Burun selikli qişaları hava ilə uşaq orqanizminə daxil olan ziyanlı agentləri məhv etmək qabiliyyətinə malikdir. Beləliklə, uşağın burnu onu həm soyuq havadan, həm də mikroblardan qoruya bilər.

4. Uşağın saçını mütləq qırxmaq lazımdır ki, saçları qalın olsun.
Bu yanılmadır. Saçların qalınlığını genlər təyin edir (gözlərin və ya saçların rəngi kimi). Tibdə çoxdan sübut olunub ki, saçların qırxılması onların keyfiyyətinə heç bir təsir etmir. Əksinə isə bu prosedur tez-tez həyata keçirilirsə, bu saç follikullarına hətta ziyan vurur.

5. Uşağın ayaqları islanıbsa, o, mütləq xəstələnəcək.
Valideynlərdən biz tez-tez eşidirdik: "ayaqların islanıbsa, xəstələnəcəksən". Bu da yanılmadır.

İnfeksiyalar, mikroblar, viruslar bizi hər zaman əhatə edir. Lakin bu mikrobların və s. xəstəliyə səbəb olması üçün immun sisteminin zəifləməsi lazımdır. Bu isə soyuqlama, stress, natamam qidalanma və s. nəticəsində mümkündür.

İnsan yağışa, soyuğa düşdükdə soyuqlayır, onun immun sistemi zəifləyir ki, orqanizmə düşən mikrob və ya virus immun sistemi tərəfindən zərərsizləşdirilmir və nəticədə xəstəliyə səbəb olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri