Uşağınızla güc döyüşünə girməyin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 916
Səs ver:
(səs: 1)
Ana-atalar uşaqlarını bəzən yetkin bir insan kimi görür və onlarla yetkin kimi dialoqlara girərlər. Bu dialoqlar mübahisələrə gətirib çıxarır.  Uşaq bir şeyə qarşı çıxsa ya da zidd getsə onu təhdid edər ya da çox reaksiyalı davranırlar. Ana-atanın reaksiyalı davrandığını görən uşaq daha tündxasiyyət olar və bağırır. Pedaqoq Sevil Yavuz bu qarşıdurmaların səbəbini və həll təkliflərini açıqladı.

Bəzən uşaq psixoloji səbəblərlə tündxasiyyət davranır və ağlarlar. Bəzən də yalnız ana-atanın sevgisini test etmək və özünə nə qədər sevə bilcəklərini, nə qədər səbirli olacaqlarını test edərlər. Əslində uşaq ananı, atanı test etməz, ana-ata ilə ünsiyyət qurmağa çalışır. Amma, ünsiyyət dilləri yetişkinlərinki kimi "Sənə ehtiyacım var bir az danışaq" ya da "Bir az mənimlə maraqlanar misin" şəklində olmaz. Ana-atanın diqqətini çəkmək üçün etdikləri dəcəllik və davranışlar da ola bilər.

Reaksiya verməyin onu anlamağa çalışın!
Uşağınızın tündxasiyyət davranışlarını ya da davranış pozuqluqlarını həqiqətən bir problem kimi görməyin. Əvvəl "Uşağım mənlə ünsiyyət qurmağamı çalışır" deyə düşünün. Əgər bu baxımdan baxsanız uşağınıza reaksiya vermədiyinizi görəcəksiniz. Uşağa reaksiya vermək yerinə səbirli yaxınlaşmanız çox əhəmiyyətlidir. Amma, bu səbir səhv etdiyi davranışı görməmək deyil. Yəni səhv davranışı olduğu kimi qəbul edin, demirəm, tam tərsinə bunun səhv olduğunu anlayışlı bir şəkildə ifadə edib, bu davranışının altında yatan gerçək səbəbi tapın. Digər bir deyişlə "Gerçək ehtiyac və duyğunu" tapın.

Səbrli olun!
Ana güc döyüşünə girmək yerinə, qızının duyğu və ehtiyaclarını ona oxuyaraq ifadə etməlidir. Ana "Qızım bilirəm bu an mənimlə oynamaq istəyirsən, ancaq, mənim əlimdə bitirməm gərəkən işim var. Bir az səbr et, indi gəlirəm.

Bu səbəblə, bu tərz hadisələrdə uşağınıza reaksiyalı davranmadan əvvəl uşaq bu davranışla sizə nə izah etmək istəyir, bunu öyrənməyə çalışın. Unutmayın, uşağınızla güc döyüşünə girmənin bir faydası olmayacağı kimi yalnız ünsiyyətiniz də zərər verir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri