Ana, mən necə doğuldum? sualının doğru cavabı

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 3 189
Səs ver:
(səs: 2)
Yəqin, elə bir valideyn olmaz ki, uşağının "ana, mən necə doğuldum?” sualı ilə qarşılaşmasın. Bu cür sualların qarşısında valideynlər hansı cavabları verməlidirlər?

Uşaqlıq dövrü (0-2 yaş). Uşağın bu dövrdə cinsiyyət fərqlərini və məhrəmliyi öyrənməsi gözlənilir. Cinsiyyət rolları ilə üzləşmə (qızların ananı, oğlan uşaqlarının atanı təqlid etmələri) yaranır.

İlk uşaqlıq dövrü (2-6 yaş). "İlk uşaqlıq dövrü” adlandırılan zaman kəsiyində cinsəllik və dünyaya necə gəlmək haqqında suallar uşaqların beynini məşğul edir. Belə bir vəziyyət ata, ana və ya digər ailə üzvləri tərəfindən qayğı qaynağı olaraq görünməməlidir. Əksinə, sağlam bir inkişafın əlamətləri kimi görünməlidir. Uşağın güvənsiz mənbələrdən aldığı məlumatlar risk yarada bilər. Onun öyrənmə cəhdlərinin dəstəklənməsi və sual vermə mövzusunda ürəkləndirilməsi inkişaf üçün böyük əhəmiyyətlidir

Leylək əhvalatını danışmayın
Bəzi uşaqlar bu sualı verməyə bilərlər. Bu, daha çox uşağın maraq dairəsi, öyrənmə istəyinin gücü, bilik texnologiyalarına olan marağı (televiziya, internet, telefon və s.), ana-atanın bir-birinə və uşağa qarşı müsbət, ya da mənfi mövqe nümayiş etdirmələri, yaxın əhatəsində bir adamın uşaq dünyaya gətirməsi kimi bir çox faktorlar uşağın bu sualları verməsində rol oynaya bilər.

"Ana, mən necə doğuldum?” sualı ilə ilk qarşılaşan valideyn bunu adi sual kimi qarşılamamalıdır. Verilən cavab səlist, doğru və aydın olmalıdır. "Səni leylək gətirdi” cavabı alan uşaq bir küncə çəkilir və leyləyin dimdiyinə taxılmış qundaqda olduğunu düşünür.

Əgər uşaq belə bir mənzərəni fikrində canlandırarsa, "əgər mən leyləyin dimdiyində olan zaman yerə düşsəydim, görəsən, necə olacaqdı?”, - sualını verəcək. Bu sualın cavabını vermək isə valideynlərə çətin olacaq. Çünki artıq uşağın beyni buna yüklənərsə, bunun həlli çox çətindir.

Uşağa hansı cavabı verməli?
Uşağın qəbul etməsi, qavrama gücü və zəkası veriləcək cavabın tərkibini zənginləşdirəcək. Əgər uşaq normal inkişafla böyüyürsə, onu ciddi qəbul etdiyinizi hiss edəcəksiniz. Ona görə də uşağa qəbul etmə səviyyəsinə uyğun cavab verilməlidir. Məsələn: "Ana və ata olmaq istədik, bir-birimizə olan sevgi bunu asanlaşdırdı. İkimizin bir parçası anada olan yuvada birləşdi. Nəhayət, sən qidalandın, böyüdün və ananın qarnında yaşadın. Sonra da həkimin köməyi ilə ananın qarnından çıxdın və beləliklə, dünyaya gəldin”.

Savadlı valideynlər uşaqlarına buna bənzər cavablar verir. Lakin bəzən valideynlər uşaqların bu suallarının qarşılığında uzun-uzadı cavablar verirlər. Bu cavabları uşaqlar anlamır və özlərini aldadılmış hesab edirlər. Bu isə onların psixoloji inkişaflarına mənfi təsir edir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri