Məktəblinin həvəsləndirilməsi üçün 20 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 520
Səs ver:
(səs: 1)
Bu məqalədə uşaqların dərsə həvəsləndirilməsi üçün valideynlər üçün tövsiyyələrlə tanış ola bilərsiniz.
Valideynlərə tövsiyyələr
1. Övladınızla məktəbin vacibliyini müzakirə edin. Bu çox mühümdür.
2. Hər gün övladınızdan günün necə keçməsini soruşun. Sizə bütün təfərrüatları danışmasına diqqət edin.
3. Evə verilən tapşırıq və ya hər hansı sinif layihəsi verilib - verilməməsi ilə maraqlanın.
4. Əgər onun heç bir ev tapşırığı yoxdursa, belə çalışın ki, gün ərzində ən azı 30 dəqiqə dərslərin təkrarına və ya öyrənilməsinə vaxt ayırsın.
5. Uşağınızla onda baş verən irəliləyişləri müzakirə edin. Əgər lazımdırsa, onun səhv daranışı ilə bağlı bəzi məhdudlaşdırmalar edin.
6. Onun yaxşı hərəkətlərini görməyə çalışın. Təkcə neqativ fəaliyyət və ya pis davranışlara diqqətinizi yönəltməyin.
7. Əgər uşaq hər hansı tapşırığı pis həll etsə belə onu təhqir etməyin, dəstəkləyin.
8. Əgər övladınızın təhsilində problemləri çoxdursa, ona əlavə müəllim köməyinə və ya repetitora ehtiyac var.
9. Övladınızın dərsləri haqda müəllimi ilə danışın. Ona kömək edə biləcək əlavə vəsaitlər haqqında məlumat alın.
10. Ən vacibi odur ki, daima övladınızın müəllimi ilə ünsiyyət saxlayın. Ondan uşağın dərslərini və davranışını soruşun.
11. Uşağın qarşısına dəqiq məqsədlər qoyun: biz təhsillə nəyə nail olmaq istəyirik.
12. Qarşınıza qoyduğunuz məqsədi yerinə yetirmək üçün konkret vaxt qoyun.
13. Mümkün qədər təhsilinizin məqsədini və istiqamətini müəyyən edin. Məslən, bunu bilmək mənə niyə vacibdir? Mən bunu həyatda necə tətbiq edirəm?
14. Övladınızın fəaliyyətinin nəticəsini vaxtında və dəqiqliklə izləyin.
15. Həvəsləndirici vasitələrə əl atın. Məsələn, ailə içində onu tərifləyin. İşinə görə tərifləyin ki, motivasiya yüksəlsin.
16. Yeniyetməyə müntəzəm və müsbət dəstək verin. Yaxşı söz və iş məsləhəti danlamaqdan daha effektlidir.
17. Məktəbdə yeni biliklər əldə etmək üçün xoş stimul yaradın.
18. Yeniyetmənin aparıcı fəaliyyəti ünsiyyət, qruplaşma, təhsil almaq- bunlar ünsiyyət vasitəsilə olmalıdır. Onun davranış və fəaliyyətini müzakirə edin, qiymətləndirin. Fənn haqqında onun fikirlərini soruşun, müzakirə edin.
19. Övladınızın təhsil nəticələrini başqa uşaqlarla, sinif yoldaşları ilə müqayisə etməyin. Bu onu qıcıqlandıra bilər.
20. Uşağı sevin.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri