Uşağın ilk oyuncaqları necə seçilməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 700
Səs ver:
(səs: 1)
Yenidoğulmuş uşağa oyuncaq lazımdırmı? Nə vaxtdan etibarən uşaq ətraf aləmlə maraqlanır? Onu necə inkişaf etdirmək olar? Özümüz düzəltdiyimiz, yoxsa alınma oyuncaqlar? Gəlin, bu sualları araşdıraq.  
Gənc analar öz övladlarının tez böyüməsini arzulayırlar. Əvvəlcə oturmasını arzu edir, sonra yeriməsini görmək üçün tələsirik. Daha sonra cümlə quraraq danışacağı günü həsrətlə gözləyirik. Sonra bağça, məktəb, institut, toy, nəvə...Beləcə ananın öz övladına arzu və istəyi bir ömür davam edir.
Əlbəttə ki, bütün valideynlər öz övladlarına hər şeyin ən yaxşısını istəyirlər. Bəzən onlara elə gəlir ki, uşağa hansısa oyuncaq alınmasa onun inkişafı ləngiyəcək. Bu işdə reklamların rolu da az deyil.
Gəlin uşağa hansı oyuncaqların lazım olduğuna nəzər salaq.
Ondan başlayaq ki, yenidoğulmuş uşağa 2-3 həftə ərzində heç bir oyuncaq lazım deyil. Ona vacib olan şən və qayğıkeş anadır. Ana onu yedirdib və rahat yatırdacaq. Bəlkə ayrıca yataq lazım olacaq. Əgər körpənizə ana südü verirsinizsə, sizə heç bir butulkalar, qızdırıcılar və süni qidalar lazım olmayacaq. Bunların olmaması körpənizə ən böyük "hədiyyə"dir. Əgər hava şəraiti uyğundursa, körpəniz balkonda açıq havada yatacaqsa, oraya uşaq arabası qoya bilərsiniz. Bu təzə olmaya bilər. Əsas odur ki, döşəyi uşaq üçün rahat olsun.
Körpəniz hələ oturmur, iməkləmir, günün əksər hissəsini yatır. Onun əl hərəkətləri nizamlı deyil və o özü oyuncaqları götürə bilmir. Bu yaşlarda övladınız varsa, ona özü hərəkət edən oyuncaq asılmış fırlanan karusel oyuncaq alın. Bu körpəni  marağına səbəb olacaq. Belə karusel oyuncağı başqaları ilə əvəz etmək olar. Uşaqların yıxılmayan oyuncaqlar da çox xoşuna gəlir. Bundan başqa onun qoluna səs çıxaran qolbağ taxa bilərsiniz. Bunu özünüz də düzəldə bilərsiniz.  Bunun üçün adi saç rezini və kiçik zənglər, zınqırovlar lazım olacaq.
Beşiyinin bir tərəfindən o biri tərəfə rezin çəkmək olar. Ondan isə səsli oyuncaqlar asmaq olar. Uşaq əlləri və ayaqları ilə ona toxuna bilər.
Uşağa özünüz səsli oyuncaq düzəldə bilərsiniz. Ümumiyyətlə, xoş səsli oyuncaqlar uşaqlar üçün vacibdi. Şarın içinə iri toxumlar atın. Bu çox əyləncəli oyuncaq olur. Ancaq diqqətli olun ki, şar partlasa təhlükəli ola bilər. Uşaq onları uda bilər.
Uşaqlar beşikdə uzanarkən yuxarı baxır, başları üzərində nə olduğuna çox maraq göstərirlər. Onlara kontrast şəkillər çox maraqlı gəlir. Məsələn, geometrik naxışlar. Bundan başqa başı üzərindən yüngül, zəif mehdən tərpənə bilən oyuncaqlar asmaq olar. Bunu özünüz də düzəldə bilərsiniz: tavandan tilov ipi asın, ucuna isə qurumuş yarpaq və ya kağızdan kəsilmiş balıq və ya kəpənək asmaq olar.
Uşaqlar üz cizgilərinə baxmağı da çox sevirlər. Şarın üzərində göz, burun, ağız çəkib onu uşağa yaxın bir yerdən asın. Bir də yeni iməkləyən uşaqlara aşağıda asılmış güzgü yaxşı oyuncaqdır.
Cingildəyən oyuncaqlar uşaqların sevimlisidir. Bir qədər körpələr üçün daha yüngül və nazik tutacaqlı olanlar münasibdir. Belə asan tutulan oyuncaqları özünüz düzəldə bilərsiniz. Həm də özünüz düzəltdiyiniz plastmas olmayacaq və toxunma duyumunu gücləndirəcək. Bunun üçün sizə parça kəsiyi və flomaster qapağı lazım olacaq. Qapağın içinə düyü tökə bilərsiniz, nəticədə zəif xışıldayan səs çıxaran oyuncaq alınacaq. Sonra qapağı parçadan olan cibcikdə və ya kəsilmiş əlcəyin barmağının içinə qoyub ağzını tikmək lazımdır. Üstünü müxtəlif muncuqlarla bəzəyə bilərsiniz.
Uşağın başqa hansı oyuncaqlardan xoşu gəlir? Rəngbərəng kiçik plastik  stəkanlar, balaca qazan, taxta qaşıqlar, aşsüzən və s. Uşaq bunlara vurub səs çıxmasını izləyəcək və kəşf edəcəkdir. Bundan başqa təbii qozalar, iri balıqqulağı,  şabalıddan muncuq da uşaq üçün oyuncaq ola bilər. Möhkəm ipə düzülmüş taxta muncuqlar da uşaqların diqqətini cəlb edir.
Bir qədər böyük uşaqlar üçün yüngül kublar maraqlı olar. Onu müxtəlif qutuları rəngləməklə və ya yapışqan şəkillər yapışdırmaqla əldə etmək olar.
Oturan və ya iməkləyən uşaq üçün top və fırlanan oyuncaqlarla oynamaq dövrü başlayıb. Ancaq iti kənarlı oyuncaqları (kublar və ya qazanlar) bir müddət gizlətmək lazım olacaq. Ələlxüsus uşaq hələ yenicə ayaq üstə qısa müddət dayanır və yıxılırsa, bu vacibdir. Müvəqqəti olaraq kiçik və üzərinə yıxıldıqda onu incitməyəcək oyuncaqları saxlamaq lazımdır.  Bir qədər sonra isə müxtəlif forma və rəngli qapaqlı qutular lazım olacaq.  Qoy bu çay qabı, taxta mücrü olsun.
Bir çox hallarda müşahidə olunur ki, uşaqlar bahalı plastik oyuncaqlar əvəzinə dənizdən gətirilmiş hamarlanmış kötük, diş rezini əvəzinə isə taxta halqanı daha çox sevir. Bundan başqa uşaqlar çörək, cəfəri kökü, alma və kök çeynəməyi çox sevirlər.
Hamamda vannada oynamaq üçün isə üzən oyuncaqlara ehtiyac var. Stəkanlar, su dəyirmanı, o cümlədən yumşaq fiqurlar belə oyuncaqlardandır.
Bəzi uşaqlar 8 ayından etibarən şəkilli kitablara çox diqqətlə baxmağı sevirlər. Deməli, sizin evinizdə diqqətli oxucu yetişir. Ona müxtəlif sadə şəkilli kitablar almaq lazımdır. Bu şəkillər ona tanış əşyaların şəkilləri olmalıdır. Ancaq uşaqların əksəriyyəti kitaba səliqə ilə yanaşmır, onu dişləri ilə yoxlayır və kiçik parçalara ayırmağa çalışır. Əgər belədirsə, onda qiymətli kitabları uşaqların əlindən hələlik gizlətmək lazımdır.
Uşağınız böyüdükcə onun oyuncaqları daha rəngarəng olmalıdır. Bir azdan evinizdə o qədər yumşaq heyvan və maşınlar olacaq ki, onların əlindən tərpənmək belə olmayacaq. Oyuncaqları gizlədəcəyiniz yer tapın. Onları ara sıra gizlədib bir müddət sonra yenidən verin. Bu həmin oyuncağa olan marağı bərpa edəcək.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 700
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri