Körpənin 10-cu həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 519
Səs ver:
(səs: 1)
10-cu həftənin gəlişi ilə körpəniz artıq yenidoğulmuş deyil. O, ətraf mühiti kəşf etməyə çalışan körpədir. Bu yaşda körpələr öz yaxınlarına gülərək onları sevindirirlər. Bu həftənin xarakter xüsusiyyəti körpədə istiqamətlənmış reaksiyaların intensiv inkişaf etməsidir. Bütün parlaq cisimlər onun diqqətini cəlb edir. Ələlxüsus da ananın üzü onun sevimlisidir.
Bu həftədə istənilən hərəkət onun xeyrinədir; bu hərəkətlər dayaq - hərəkət sisteminin, əzələlərinin, ürək-damar sisteminin və tənəffüs sisteminin mükəmməlləşməsinə kömək edir.  Ən faydalı hərəkətlər yaxşı əhval-ruhiyyə ilə edilən hərəkətlərdir. Gün ərzində körpə əl ayaqlarını yığıb-açır, belini əyir. Bu hərəkətlər əzələ sisteminin məşqidir. Getdikcə körpənin hərəkətləri kəskin yox, rəvan olmağa başlayır.
10 həftəlik körpə qarnı üstə olduqda artıq başını dik saxlaya bilir. Qucaqda olarkən körpənin başı sağa sola əyilmir. Boyun əzələlərini möhkəmləndirmək üçün yeməkdən əvvəl körpəni gündə bir neçə dəfə qarnı üzərində uzatmaq lazımdır. Uşağı ayaq üstə durğuzmaq hələ çox tezdir.
Bu mərhələdə körpədə toxunma, lamisə hissiyatı inkişaf edəcəkdir. Körpə ikinci əlinə toxunur, əlinə toxunan hər şeyi tutmağa çalışır. O, açılmış əli məsafəsində olan cisimləri nəzərdən keçirir, toxunmağa cəhd edir. Ona görə də oyuncaqları elə asmaq lazımdır ki, uşağın əlləri ona çatsın. Mütəxəssislər belə hesab edir ki, bu mərhələdə körpələr sarı və narıncı rəngləri seçə bilir.
Körpə eşitdiyi səslərə diqqətini yönəltməklə əl, ayaq hərəkətləri, təbəssümlə və başını çevirməklə reaksiya verir.
Körpənin 10-cu həftədə əsas nailiyyəti əşyaları əlində saxlamağa cəhd etməsidir. Körpə müşahidəçilikdən icraediciliyə keçir. O başa düşür ki, əşyalara təkcə baxmaq yox, həm də toxunmaq, tutmaq, hətta dadına baxmaq olar.
10-cu həftədə körpə mükəmməl hərəkətlərə sahib olmasa da bu hər gün bir az daha rəvan, istiqamətlənmiş və məqsədli olur. Körpənin gündəlik rejimi qaydasına düşür. O, bu rejimə öyrəşir, qidalanma, yatma, gəzinti, çimmək vaxtını hiss edir. Bu həm də ananın da yükünü azaltmış olur.
Körpəniz ətrafdakılardan qorxmur və asanlıqla qucağa gedə bilər. Övladınız üçün rahat hərəkət edə biləcəyi yer düzəldin. O, ilk sürünmə cəhdləri edəcəkdir. Bunun üçün onu qarnı üstə qoyun və o ayarları ilə təkan verərək  sürünmək istəyəcək.
Körpə oyuncaqlarla maraqlanmağa başlayır. Ona səsli oyuncaqlar verin. Ancaq bir neçə oyuncağı eyni zamanda verməyin. Bir-bir versəniz o bütün diqqətini həmin oyuncağa cəmləyəcək. Bir müddət sonra oyuncağı dəyişə bilərsiniz. Beyişinə də oyuncaq asın.
Uşağın sürünmə və iməkləməsi üçün məşq etdirin. Bunun üçün onu qarnı üstə uzadın, ayaqlarını dizdən qatlayaraq pəncələrini birləşdirin, dabanlarını ovucunuza alın. O, əlinizi dayaq kimi istifadə edərək itələyəcək və irəli gedəcəkdir.
Körpənizin qol əzələlərini möhkəmləndirmək üçün məşq etmək lazımdır. Bunun üçün ana baş barmağını körpənin əlinə verir, o isə barmaqdan tutur. Sonra ehmalca yuxarı çəkərək körpənin qalxmasını stimulyasiya edin. O, qalxmağa çalışır. Gündəlik bu məşq onun əllərini möhkəmlədəcəkdir.
Körpəni qucağınıza alın, ev boyu gəzin. Ev əşyaları ilə onu tanış edin. Bu həm ətraf aləmlə tanışlığa, həm də nitqin inkişafına kömək edəcəkdir.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri