Uşaqlara hansı yaşdə və hansı oyuncağı almalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 561
Səs ver:
(səs: 1)
Uşaqlara hansı yaşda və hansı oyuncağı verməliyik? "0-6 "Yaş Arası dönəmindəki uşaqların öyrənmə bacarığını genişləndirəcək oyuncaqlara üstünlük verilməlidir. Düzgün seçilmiş oyunlar və oyuncaqlar sayəsində uşaq düşünür, araşdırır, fiziki bacarıqlara yiyələnir, özünə inamı artır, bütün bunlarla yanaşı ünsiyyətində də irəliləyişlər izlənir. Uşağa oyunacaq seçərkən onun maraq və arzularını nəzərə almaqla yanaşı inkişafınada müsbət təsir göstərəcək olması vacib şərtdir.

Oyuncaqları bir süpermarket əvəzinə, sadəcə oyuncaq satılan dükanından seçməyə çalışın. Oyuncaq alarkən satıcıya övladınızın yaşınıda qeyd etməyi unutmayın. Alarkən əl-əlvan oyuncaqlara üstünlük verin, çünki uşaqlar rəngli oyuncaqlara çox maraq görsədirlər. "0-3 Yaş uşaqlara uyğun deyildir " işarətini gördüyünüzdə diqqətli olun. Çünki kiçik parçalardan ibarət olarsa 3 yaşdan balacalara vermək təhlükə yarada bilər. Oyuncaqlar ve parçaları əmmə ilə və ya nəfəsə getməsin deyə iri olmalıdırlar. Kiçik detallardan ibarət olan oyuncaqlar uşaqlarin əli çata bilməyəcək yerlərdə saxlanılmalıdır. Oyuncaqlarin kiçik hissələri ən azı 5 sm-dən böyük olmalıdır. 3 yaşından balaca uşaqlara yuyula bilən, yumuşaq oyuncaqlar, daha sonralar isə taxta, plastik, hətta kardondan olan oyucaqlar da almaq olar. Boğulma təhlükəsi yarada biləcək oyuncaqlar 1 yaşından kiçik uşaqlara verilməməlidir. Oyuncaq seçimi edərkən həmişə keyfiyyəti ön planda tutulmalıdır. Bəzi oyuncaqlar vardır ki, sadəcə böyüklərin nəzarəti altında oynanılmalıdır. Bunlara elektrikli oyuncaqları aid etmək olar. Ümumiyyyətlə, oyuncaqla oynayan uşağa nəzarət etmək onu təklükədən qorumaq kimi anlaşılır. Uşağı oynayarkən müşahidə etmək çox maraqlıdır, bununla yanaşı valideyinin övladını tanımasına müsbət təsir edir. Oyuncaqlar qırıldığı zaman onlarla oynamaq təhlükəlidir. Əgər qırılmış oyuncağı düzəltmək olmursa, onu tullayın. Oyuncaqların boyuna və ayağa dolaşmaması üçün ipsiz olması və ya ipinin uzunluğunun 20 sm-dən artıq olmaması nəzərə alınmalıdır. Oyuncaqlar çox səsli, cingiltili seçilərsə, bu oyun zamanı balacanı tez yorar. Valideynlər uşaqlarına tapanca, qılınc-bıçaq və digər aqressiya, dalaşqanlıq yaradacaq oyunaqlar alarkən ehtiyyatlı olmalıdırlar. Oyuncağı dükandan aldıqdan sonra, uşağınıza oyuncağı oynamadığı zaman oyuncaq qutusuna qoymasını öyrədin. Bu həm uşağa səliqəliliyin aşılanması, həm də oyuncağın ayaq altında qalıb sınmaması üçündür. Oyuncaqlar seçən valideyin bir çox xırdalıqları nəzərə almalıdır; Oyuncağın rəngi çıxmamalı, çox cingiltili olmamalı, yüngül, rahat yuyulabilən olmalıdır. Övladlarımızın sağlamlığı əksərən bizdən asılı olmayan səbəblərdən pozula bilər. Amma sözügedən mövzuda bir az da biz valideynlər səy göstərməliyik. Övladlarımızın sağlamlığına, fiziki və əqli inkişafına olduqca böyük təsir göstərən oyuncaqların seçimində mümkün qədər diqqətli olmalıyıq.

Günel Şəfiyeva
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri