Uşaqlarınızı soyuqdəymədən qoruyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 369
Səs ver:
(səs: 3)
Payız-qış fəsillərində iqlimin dəyişməsi təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması, bəzən immunitetinin zəifliyi, otaqların sıxlığı tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur.

Uşaqlarda nəfəs yolları xəstəliklərinin sürətlə yayılması daha çox immum sistemi zəifliyindən və gigiyenik qaydalara riayət edilməməsi səbəbindən geniş vüsət alır. İstənilən məktəbli uşaq il ərzində 6-7 dəfə soyuqdəymədən əziyyət çəkir. Bildiyiniz kimi bu infeksiyanın yoluxma yolları öskürək, asqırmaq və infeksiyaya yoluxmuş sinif yoldaşalarının əşyalarından istifadə zamanı daha da sürətlənir. Antibiotik dərmanların da əksər hallarda bir işə yaramadığı müşahidə edilir.

Soyuqdəymə ağırlaşmış formalarda boğaz və qulaq infeksiyaları ilə müşahidə edilir. Yüksək qızdırma, ürək bulanması, iştahsızlıq və s. bu kimi əlamətlər qulaq infeksiyasının əsas göstəriciləridir. Əsasən 2-6 yaş arası uşaqlarda müşahidə olunan bronxit xəstəliyi sinə ağrıları, öskürək, kimi əlamətlərlə özünü göstərir. Bu zaman uşaqların daha çox maye qəbul etməsi məsləhət görülür.

Kompüterlə məşğulluq uşaqların həvəsini, biliyini artırır. Lakin uzun müddət ərzində kompüterlə məşğul olanda otağın mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və radiasiya sahəsi dəyişir, hava bakteriyalarla zənginləşir. Belə mikroiqlimdə uzun müddət qalan uşaq və yeniyetmələrin müəyyən dərəcədə əqli, emosional, görmə funksiyalarını dəyişir.Onların müdafiə sistemi zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Uşaq və yeniyetmələrin sağlamlığına, onların zehnini yormayan yüksək qavrayışa və aktiv olmağa yalnız gigiyena tələblərinə əməl edilməsi ilə nail olmaq mümkündür.

Uşaq və yeniyetmələr hər gün meyvə, tərəvəz, vitaminlərin daşıyıcıları olan göy soğan, müxtəlif göyərtilər, ağ turp, kələm, əti əvəz edən və yerini verən pendir, kəsmik yeməlidirlər. Onların əllərinin yuyulması, dişlərinin fırçalanması kimi gigiyenik qaydalara riayət etmələrinə diqqət yetirilməlidir.

Fiziki tərbiyə hormonal fiziki inkişafa təkan verir, dözümlülüyü tənzimləyir, baş-beyin tonusunu yüksəldir, insanda yaxşı emosiyalar yaradır. 

Uşaqlar və yeniyetmələrin hər günü səhər 15-20 dəqiqəlik gimnastika ilə başlamalıdır. Dərs və dərnəklərdə məşğul olanda pəncərələr açıq olmaq şərti ilə, uşaqlar 1-2 dəqiqə idman hərəkətlərini etməlidirlər. Tənəffüs vaxtlarında bunların davamı olaraq, uşaqların təmiz havada aktiv hərəkətlər etməsi çox vacibdir. Sağlamlığın fizioloji təsirinin effektliliyi hərəkətlərin mütəmadi və güclü olmasından asılıdır.

Sağlam olun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri