Uşağınız öskürür və burnu axırsa, bunları edin

Müəllif: yasemin
Şərhlər: 1
Baxılıb: 3 076
Səs ver:
(səs: 1)
Uşaq xəstəliklərinin, eləcə də öskürək və burun axıntısını çox diqqətli müalicə etmək lazımdır. Əgər sizin də uşağınız öskürək və burun axıntısından əziyyət çəkirsə, bu məsləhətlərimizə əməl edin.

Qadinlar.biz uşaqlarda öskürək və burun axıntısına yaxşı təsir edəcək sadə qarışımların ev şəraitində hazırlanma qaydasını təqdim edir.

İstifadə edilən bu təbii məhsullar həm uşağın sağalmasına kömək edəcək, həm də immuniteti gücləndirəcək.

İlk olaraq burun axıntısı üçün gündə iki dəfə hər dəfə üç damcı olaraq eyni miqdarda su ilə qarışdırılmış çuğundur, ya kök suyunu uşağın burnuna damcıladın. 

Bundan başqa, burun iltihabı üçün sarımsağın başını əzib zeytun yağı ilə, yoxdursa, günəbaxan yağı ilə qarışdırın. 1 gecə isti yerdə saxlayın. Əldə edilən qarışımdan hər burun deşiyinə iki damcı tökün.

Öskürəyin müalicəsi üçün isə moruq mürəbbəsi istifadə edin. Gündə 3-5 dəfə moruq mürəbbəsi yedirin. Səhəri gün öskürəkdən əlamət qalmayacaq.

Uşaqlarda öskürəyin növbəti təbii çarəsi olaraq üç xörək qaşığı bal və limon suyunu qarışdırın. 5-9 saat saxlayın. Gündə üç, ya dörd dəfə çay qaşığının yarısı qədər uşağa verin.

Uşaqlarda həm burun axıntısı, həm də öskürəyin müalicəsi üçün bal, süd, aloe suyu və bir qədər kərə yağı götürün. Südü isidin, azca kərə yağı, bir yemək qaşığı aloe suyu və 1 çay qaşığı balı əlavə edin. Qarışımı isitdikdən sonra bundan gündə üç dəfə stəkanın dörddə biri qədər uşağa verin.

Öskürək və burun axıntısı getmirsə, xardal vannası hazırlayın. 5, ya 6 litr isti suya iri xörək qaşığı xardal əlavə edin və uşağın ayaqlarını suda 15 dəqiqə saxlayın. Arada isti su əlavə edə bilərsiniz ki, su soyumasın.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri