İdmanın uşaq sağlamlığına faydaları

Müəllif: Svetoklana
Şərhlər: 5
Baxılıb: 2 598
Səs ver:
(səs: 1)
Texnologiyanın hər keçən gün inkişaf etdiyi indiki vaxtda uşaqların çoxunu texnoloji alətlərdən asılı olaraq görmək mümkündür. Uşaqlar üzərində fiziki fəaliyyəti məhdudlaşdıran bu vəziyyət irəlidəki yaşayışlarına da mənfi təsir edir. Uşaqlarını idmana həvəsləndirmək üçün ailələrə ciddi bir vəzifə düşür. Bunun üçün mütəxəssislər əvvəlcə uşağınızın fikrini öyrənmənizi məsləhət görürlər. Sevərək və istəyərək etdiyi bir idman onun həyat boyu buna davam etməsini təmin edəcək ən əhəmiyyətli faktordur. Uşağınızın idmanla birlikdə böyüməsinin onu daha sağlam bir fərd hala gətirdiyinə baxaq:

Güclü və sağlam bir bədən
Güclü və sağlam bir bədənin yolu idman etməkdən keçir. Gənc yaşda edilməyə başlanan idman əzələləri doğru şəkildə yaxşılaşdırır, sümükləri möhkəmləndirir və yağ hüceyrələrinin gərəksiz böyüməsinə mane olur.

Özünü tanıma
İdman edən uşaqlar bədənlərini yaxşı tanıyar, qabiliyyətlərini və bədənlərinin hansı idman növünə meylli olduqlarını erkən yaşda kəşf edərlər. Kim hansı idmana uyğun, ya da bu mövzuda sərhədləri nədir, kimi sualların cavabını asanlıqla tapar.

Elastik bədən
Xüsusilə gimnastika kimi idmanlar uşaqların elastik bir bədənə sahib olmasını təmin edər. Bu rahatlıq irəliləyən yaşlarda istənilən idmanın daha asan edilməsinə imkan yaradır.

Doğru qidalanma
Sağlam olmağın ən əhəmiyyətli şərtləri; doğru qidalanma və idmandır. İdman edən uşaq üçün doğru qidalanma qaçınılmaz bir nəticədir. Paketli qidalardan uzaq təbii qidaların daha çox istehlak edildiyi, meyvə-tərəvəz, ət, taxıl tarazlığı qorunaraq qidalanan uşaqlar daha sağlam bir bədənə sahib olurlar.

İmmuniteti gücləndirir.
Xüsusilə məktəb yaşındakı uşaqların tez-tez xəstələnməsinə rast gəlirik. İdman edən uşaq isə yuxarıda bəhs etdiyimiz doğru qidalanma və idman nəticəsində güclü bir immunitetə sahib olur.

Ürək və damar sağlamlığını qoruyar.
Daimi olaraq kiçik yaşdan başlayaraq idman edən uşaqların ürək iş sistemi də nizamlı olur və gələcəkdə ürək-damar xəstəliyinə tutulma riski aşağı düşür.

Onurğa əyilməsi.
Onurğa əyilməsinin qarşısını almaq üçün ən təsirli yol, dik bir duruş və idman uşaqları onurğa əyilməsi kimi xəstəliklərdən qoruyar.

Çəki idarəsi
İdman edən uşaq kilolarını idarə etmək vəziyyətindədirlər. Sağlam qidalanma və nizamlı idman nəticəsində belə bir problemlə qarşılaşma ehtimalları da aşağıdır. Köklüklə mübarizənin ən təsirli yolu uşaq yaşda edilən idmandır

Sağlam bir psixologiya
İdmanın bədən sağlamlığının yanında psikilojik olaraq da uşaq üzərində müsbət təsirləri vardır. Öz etibarı inkişaf etmiş, ictimai və intizamlı uşaqlar psikoljik istiqamətdən daha güclüdürlər. İctimai bir qrupa daxil olma, qrup içərisində özünü reallaşdıra imkanı tanıyan idman fəaliyyətləri uşaqların sağlam bir psixologiya ilə böyümələrinə imkan yaradır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri