Uşaqları incitməyək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 080
Səs ver:
(səs: 1)
1. Uşaqlardan hələ hazır olmadıqları şeyləri etmələrini gözləyirik.Bir körpənin səssiz olmasını,2 yaşındakı bir uşaqdan səssizcə oturmasını, 3 yaşındakı bir uşaqdan isə otağını təmizləməsini istəyirik. Bu tələblərin heç birində həqiqi deyilik. Bununla birlikdə bir çox valideynlər, kiçik uşaqlarından daha böyük uşaqların belə etməkdə zorlana biləcəkləri şeyləri tələb edirlər. Qısacası, övladlarımızdan yaşlarına uyğun davranmağa son vermələrini istəyirik. 

2. Ehtiyaclarımızı qarşılamaqda müvəffəqiyyətsiz olanda uşağa əsəbləşirik.Bir uşaq yalnız edə bildiklərini edər. Əgər istədiyimiz bir şeyi edə bilmirsə ona hirslənmək yalnız işləri daha da pisləşdirər. 2 yaşındakı bir uşaq yalnız 2 yaşlı uşaq kimi davranar, 5 yaşındakı bir uşaq 5yaşında kimi davranar. Daha çoxunu tələb etmənin kimsəyə bir faydası olmaz. Bir uşağın edə biləcəklərinin bir limiti var və əgər biz bu limitləri qəbul etməzsək bu hər iki tərəfə yalnız mənfi təsir edər. 

3. Uşaqların "uşaq” olmasına icazə vermirik 
Özümüz uşaq olmanın necə bir şey olduğunu unudub uşaqdan da bir yetkin kimi davranmasını gözləyirik. Sağlam bir uşaq ələ ovuca gəlməz, nadincdir, hisslərini ifadə edir və diqqət müddəti qısadır. Bütün bu "problemlər” əslində problem deyil, normal bir uşaqda olması lazım olan xüsusiyyətlərdir. 

4. Səhv fikirlərə qapılırıq 
Uşağın səssizlik, bölünməyən bir yuxu, istəklərimizə boyun əyməsi kimi ehtiyaclarımızı qarşılamasını ümid edir və bunu tələb edirik. Valideynlər olaraq uşağın ehtiyaclarını təmin etməyi qəbul etmək yerinə, uşağın bizim ehtiyaclarımızla maraqlanmasını gözləyirik. Öz qarşılanmamış ehtiyaclarımızı o qədər fikirləşirik ki qarşımızdakının bir uşaq olduğunu və öz ehtiyacları olduğunu unuduruq. 

5. Uşaq səhv edəndə onu tənqid edir və suçluyuruq 
Uşaqların həyat təcrübələri çox azdır və qaçınılmaz olaraq səhv edə bilərlər. Səhv etmək, hər yaşda öyrənmənin təbii bir parçasıdır. Bunu anlamaq və uşağa kömək etmək yerinə, hər şeyi ilk səfərdə qüsursuz olaraq öyrənə bilirmiş kimi onu suçluyuruq. Uşaqlıqda səhv etmək qaçılmazdır. 

6. Tənqid və ittihamın uşağı nə qədər dərindən incidə biləcəyini unuduruq 
Bir çox ailə artıq bir uşağa fiziki acı vermənin səhv və zərərli olduğunu anlayır, amma hələ də acı sözlərin, təhqirlərin və ittihamların uşağa nə qədər acı verdiyini və uşağın bu rəftar qarşısında bunun özünün günahı olduğunu düşündüyünü unuduruq. 

7. Sevginin necə qabaqlayıcı bir güc olduğunu unuduruq 
Uşağa ehtiyacı olan sevgini, etibarı, təhlükəsizliyi, inamı təmin etmək yerinə günahlandırma və səhv davranışlar edirik. 

8. Bizim davranışlarımızın uşaqlarımız üçün ən güclü təhsil qaynağı olduğunu unuduruq 
Uşaqların bizim dediklərimizdən çox davranışlarımızdan öyrəndikləri doğrudur.Bu tip problemlər, uşaqlarımıza bəzi dəyərləri öyrədə bilməmiz üçün yaxşı imkanlardır çünki uşaqlar həqiqətləri, real həyatda çox yaxşı öyrənirlər. 

Uşağımız üçün hər zaman ən yaxşını düşünsək, uşaq, ən yaxşını edə bilmək üçün azad olacaq. Uşağa yalnız sevgi versək, bizim gördüyümüz də yalnız sevgi olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri