Xoşbəxt uşaq böyütməyin yolları

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2536
Səs ver:
(səs: 1)
Sevginizi düzgün göstərin
Şübhəsiz hər ana-ata uşağını çox sevər. Vacib olan bunu doğru şəkildə göstərmək və sevginin şərtsiz olduğunu öyrətməkdir. Şərtlər və istəklər üzərinə qurulmuş sevgi əlaqələri, həm qarşılıqlı güvən sorğulamasına açıqdır, həm də təməl olaraq dəyərsizlik hissi yaşadar. Hər fərd şərtsiz sevildiyi zaman xoşbəxtdir və şərtsiz sevməyi öyrəndiyi zaman dincdir.

Edə biləcəyi işləri əlindən almayın
Uşaqlar hansı yaş qrupunda olursa olsun işə yaradığını hiss etmək istər və bu hiss var olma motivlərini gücləndirər, kafilik hissini gücləndirər. Nərdivandan çıxmaq, masa hazırlamaq, qapını açmaq və bunun kimi hər yaş qrupuna uyğun bəzi fiziki hərəkətləri reallaşdırmasına icazə vermək, uşağınızın özünə inamını gücləndirər və bacarma duyğusunu dadmasını təmin edər. Bu duyğunu uşağınızın əlindən almayın.

Hörməti öyrədin
Fərdin sahib olması lazım olan təməl duyğulardan biri də özünə və başqalarına hörmət etməsidir. Uşaqlarımıza bu vəziyyəti ancaq davranışlarımızla göstərə bilərik. Onlar bizim aynamızdır. Nə danışdığımıza deyil necə davrandığımıza baxarlar və bu şəkildə özlərini istiqamətləndirərlər. Yoldaşımıza, dostlarımıza göstərdiyimiz hörmət onlar üçün yol göstərici olar.

Mükəmməl deyə bir şey yoxdur
Mükəmməl olmasını istəmək uşağa zərər verər. Kimsə mükəmməl deyil. Sizlər də deyilsiniz. Əskiklərimizi və edə bilmədiklərimizi uşaqların tamamlamasını istəmək və məcbur etmək bədbəxt fərd yetişdirmək üçün edilən şüursuz davranışlardır.

Keçmişdə yaşamaq və yaşatmaq
Davamlı yaşanmışlıqlardan bəhs etmək, yaşanan mənfilikləri dayanmadan dilləndirmək, etdiyi səhvləri bağışlamamaq və davamlı xatırlatmaq uşaqlarınızın sizdən uzaqlaşmasına və onları anlayacaq başqa bəzilərini axtarışa itələyər. Bunun yerinə, bağışlayın, dinləyin və keçmişdə yaşamağı buraxın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri