Qızıma menstruasiya olacağını necə deyim?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 962
Səs ver:
(səs: 1)
İlk dəfə menstruasiya görmək bir qadının həyatındakı ən əhəmiyyətli hadisələrdən biri… Həm fiziki, həm də psixoloji olaraq əhəmiyyətli dəyişmələrin reallaşdığı bu dövrdə təbii dövrlərlə əlaqədar müsbət tutum inkişaf etdirə bilmək, haradasa həyat boyu bizimlə olacaq menstruasiya dövrüylə və dolayısı ilə qadınlığımızla da barışıq ola bilməmizi təmin etmək adına çox vacibdir.

Bəzi gənc qadınlar üçün bədəndə reallaşan bu dəyişmələr yorucu, ürküdücü, aydın olmaz və darıxdırıcı ola bilər. Amma doğru dialoq və kafi məlumatlanma ilə hər qadının menstruasiya dövrüylə barışması mümkündür.

Menstruasiya mövzusunda qızınızla danışın.
Mövzuyla əlaqədar bir danışmağa şahid ola bilər, bez reklamlarını maraq edə bilər… Qızınızın sual soruşmağa başladığı gün, danışma zamanı gəlmiş deməkdir. Neçə yaşında olursa olsun, əvvəlcə mesntruasiya görmənin hər ay yaşanan normal bir müddət olduğunu söyləməniz, bunu təbii qarşılaması üçün ilk addım. Öz xüsusi tərifinizi tapın və maraqlandığı qədərini izah edin. Bir gün o böyük danışmağı edəcəyik deyə düşünməyin, qadınlıq ilə əlaqədar danışmaları gündəlik həyatınızın sıravi bir parçası halına gətirin və yeri gəldikcə danışın.

Menstruasiya mövzusunda sual soruşması üçün qızınızı ürəkləndirin.

Hər nə olursa olsun, qızınız ağlına ilişən hər şeyi əvvəlcə sizə məsləhətləşə biləcəyini bilsin. Əgər sizin də bilmədiyiniz bir mövzu olsa, bununla əlaqədar birlikdə araşdırmalar edə biləcəyinizi, lazım olduğunda bir mütəxəssisə məsləhətləşə biləcəyinizi söyləyin. Sizin qarşısında deyil də yanında olduğunu və başını qurdalayan hər şeyi paylaşa biləcəyini bilmək, güvən dolu bir əlaqə yaratmanıza köməkçi olacaq.

Siz də ona suallar verin. Əgər bu mövzu haqqında bildiyi, eşitdiyi, oxuduğu bir şeylər varsa bunlar üzərindən danışmaq daha zövqlü olacaq.

Menstruasiya bir xəstəlik deyil!
Menstruasiya olduğunda "xəstələndim" deməməsi üçün onu ürəkləndirin. Kimiləri üçün sancılı ola bilər, kimilərinin menstrusiya isə daha uzun çəkər… Amma menstruasiya görmək, sağlam bir müddətdir. Qızlar arasında danışılan, qulaqdan dolma məlumatlarla edilən şərhlərə özünü qapdırmaması üçün gerçəkdə nələr ola biləcəyini də yumşaq bir dillə izah edin.

Menstruasiya olmaq ayıb deyil!
Dünyadakı hər qadının yaşadığı bir şey ayıb və ya qorxunc ola bilməz! Eynilə cinsəllik kimi, sağlam bir insanın həyatının əhəmiyyətli bir parçası olan bu dövrü, ayıblanılacaq bir şey deyil. Qızınızın məhrəmiyyətinə hörmət edin, danışmaq istəmədiyində anlayış göstərin. Ancaq heç bir zaman, menstruasiya görmək və ya qadın olmaq ilə əlaqədar söylədiyi bir şeyi ayıblamayın.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri